Ən-Nisa surəsi · 51-ci ayə

Məgər kitabdan (Tövrat və İncildən) bir pay verilmiş kəsləri görmədinmi ki, hər büt və azğına iman gətirir və küfr edən kəslər barəsində «onlar iman gətirənlərdən daha doğru yoldadırlar» deyirlər?!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 51
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
أَهْدَى مِنَ الَّذِينَ آمَنُواْ سَبِيلاً
"Kitabdan bəhrə verildiyi halda büt və zalım hakimlərə iman gətirənləri görməmisənmi?! Onlar kafirlər haqqında deyirlər: "Onlar iman gətirənlərdən daha doğru yol tapmışlar.”
Nöqtələr
Ühüd döyüşündən sonra yəhudilərdən bir dəstəsi Məkkəyə getdilər ki, müsəlmanların əleyhinə müşriklərlə əl-ələ versinlər. Onlar kafirləri razı salmaq üçün onların bütləri qarşısında səcdə edib dedilər: "Sizin bütpərəstliyiniz müsəlmanların İslamından üstündür.”
Büt, sahir, kahin mənalarını bildirən "cibt” sözü Quranda bir dəfə, "tüğyan” sözündən olan "tağut” sözü isə səkkiz dəfə işlədilmişdir. Cibt və tağut dedikdə yəhudilərin səcdə etdiyi həmin iki büt də nəzərdə tutula bilər. Bu da ola bilər ki, cibt büt, tağut isə bütpərəstlərə, büt himayədarlarına işarə olsun.
Bildirişlər
1. Din haqqında naqis məlumat azğınlıq üçün zəmindir.
2. Düşmənlər İslamla mübarizə yolunda hətta öz əqidələrindən də əl çəkirlər. (Yəhudilər müsəlmanlara qarşı birlik yaratmaq və müşrikləri razı salmaq üçün bütlərə səcdə etdilər.)
3. İnadkarlıq ruhiyyəsi mühakimə istiqamətini dəyişir.

Tez-tez Verilən Suallar

Ən-Nisa surəsi 51-ci ayə haqqında suallar və cavablar

Ən-Nisa surəsinin 51-ci ayəsi nə haqqındadır?
Məgər kitabdan (Tövrat və İncildən) bir pay verilmiş kəsləri görmədinmi ki, hər büt və azğına iman gətirir və küfr edən kəslər barəsində «onlar iman gətirənlərdən daha doğru yoldadırlar» deyirlər?!
Ən-Nisa surəsi 51-ci ayə hansı surədə yerləşir?
Ən-Nisa surəsi Quran-ı Kərimin 4-ci surəsidir. Bu surə Məkkəvi surədir və 51-ci ayə Ən-Nisa surəsinin tərkib hissəsidir.
Ən-Nisa surəsi 51-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nisa surəsinin 51-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nisa surəsi 51-ci ayənin təfsiri nədir?
أَهْدَى مِنَ الَّذِينَ آمَنُواْ سَبِيلاً "Kitabdan bəhrə verildiyi halda büt və zalım hakimlərə iman gətirənləri görməmisənmi?! Onlar kafirlər haqqında deyirlər: "Onlar iman gətirənlərdən daha doğru yol tapmışlar.” Nöqtələr Ühüd döyüşündən sonra yəhudilərdən bir dəstəsi Məkkəyə getdilər ki, müsəlmanların əleyhinə müşriklərlə əl-ələ versinlər. Onlar kafirləri razı salmaq üçün onların bütləri qarşısında səcdə edib dedilər: "Sizin bütpərəstliyiniz müsəlmanların İslamından üstündür.” Büt, sahir, kah...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.