Ən-Nisa surəsi · 3-cü ayə

Əgər yetim qızlar barəsində (həmin dövrün adət-ənənəsinə uyğun evlənəcəyiniz təqdirdə) ədalətə riayət etməyəcəyinizdən qorxsanız, onda meyliniz olan (başqa) qadınlardan ikisi, ya üçü və ya dördü ilə evlənin. Və əgər birdən ədalətlə rəftar etməyəcəyinizdən qorxsanız, onda, yalnız bir qadınla, ya aldığınız bir kənizlə kifayətlənin. Bu iş sizin yolunuzu azmamağınıza və zülm etməməyinizə daha yaxındır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 3
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Əgər yetim qızlara münasibətdə ədalətə riayət edə bilməyəcəyinizdən qorxursunuzsa, (onlarla izdivacdan daşının,) ürəyiniz istəyən qadınlarla evlənin. Ya iki, ya üç, ya da dörd. Əgər qorxsanız ki, (zövcələrin arasında) ədalətli rəftar edə bilməyəcəksiniz, onda bir zövcə, ya da malınız olan bir kəniz kifayətdir. (Əlbəttə ki, kənizin də hüquqları yerinə yetirilməlidir) Bu, zülm etməməyiniz üçün daha münasibdir.”
Nöqtələr
Bəzi kişilər yetim qızları himayələrinə götürür, sonra isə cüzi bir mehriyyə ilə onlarla evlənirdilər. Onları boşamaq da asan olurdu. Ayə nazil oldu ki, əgər ədalətsizlik qorxusu varsa, digər qadınlarla evlənsinlər. Əvvəlki ayədə yetimlərin malına münasibətdə ədaləti gözləmək tapşırılırdı. Bu ayədə isə yetim qızlarla izdivacda ədalətli olmaq tapşırılır.
Bir neçə qadınla evlənmənin hikməti müxtəlif şəkillərdə izah oluna bilər:
a) Döyüşlərdə və müxtəlif hadisələrdə kişilərin tələfatı çox olduğundan qadınlar dul qalır.
b) Gənclər dul qadınla evlənmək istəmir.
v) Bəzi dul qadınlar ərsiz vəziyyətdə özünə nəzarət edə bilmir.
q) Qadınlar hər ay müəyyən müddət ərzində üzürlü olaraq yaxınlıq edə bilmirlər.
Beləcə, dul qadınların haqlarının hifzi üçün müəyyən şərtlər daxilində kişi ikinci qadınla evlənə bilər.
Sual: Bu ayədə ədalətsizlik məsələsi bir qədər qaranlıq qalır. Bu ayədə "ədalətsizlikdən qorxursunuzsa” deyilirsə, 129-cu ayədə "sizdə o güc yoxdur” buyurulur. Bu ayələr bir-birinə zidd deyilmi?
Cavab: Libas, məskən, qida və yaxınlıq kimi maddi məsələlərdə ədalətli olmaq lazımdır. Ədalətin pozulmasından qorxursunuzsa, özünüz üçün başqa bir proqram tənzimləyin. 129-cu ayədə isə ədalət qəlblə bağlı məsələlərə şamildir. Məlum məsələdir ki, insan öz sevgisini bərabər bölməkdə acizdir. Bu cavab İmam Sadiqdən (ə) nəql olunmuş bir hədisə əsaslanır.("Vəsail”, c. 21, səh. 345)
Bildirişlər
1. İslam məhrumların, xüsusi ilə də yetimlərin, ən öndə isə yetim qızların hamisidir. Bu himayə xüsusi ilə iffət, yaxınlıq və onlardan sui-istifadə edilməsi məsələləri ilə bağlıdır.
2. Yetimlərlə izdivacdan daşınmaq üçün ədalətsizliyə əmin olmaq zəruri deyil. Ədalətsizlik ehtimalı və qorxusu kifayətdir.
3. Ədalətsizlik qorxusu olmadıqda yetim qızlarla evlənmək olar.
4. Həyat yoldaşı seçimində qəlb istəyi əsasdır.
5. İslam müəyyən şərtlər daxilində kişinin bir neçə arvad almasına icazə verir.
6. Zövcələrin sayı həm dörddən artıq olmamalı, həm də bu işdə müəyyən şərtlərə əməl edilməlidir. ("Təfsire-Nurus-səqəleyn”, c. 1, səh. 439; "Kafi”, c. 5, səh. 363.  )

Tez-tez Verilən Suallar

Ən-Nisa surəsi 3-cü ayə haqqında suallar və cavablar

Ən-Nisa surəsinin 3-cü ayəsi nə haqqındadır?
Əgər yetim qızlar barəsində (həmin dövrün adət-ənənəsinə uyğun evlənəcəyiniz təqdirdə) ədalətə riayət etməyəcəyinizdən qorxsanız, onda meyliniz olan (başqa) qadınlardan ikisi, ya üçü və ya dördü ilə evlənin. Və əgər birdən ədalətlə rəftar etməyəcəyinizdən qorxsanız, onda, yalnız bir qadınla, ya aldığınız bir kənizlə ki...
Ən-Nisa surəsi 3-cü ayə hansı surədə yerləşir?
Ən-Nisa surəsi Quran-ı Kərimin 4-ci surəsidir. Bu surə Məkkəvi surədir və 3-cü ayə Ən-Nisa surəsinin tərkib hissəsidir.
Ən-Nisa surəsi 3-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nisa surəsinin 3-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nisa surəsi 3-cü ayənin təfsiri nədir?
"Əgər yetim qızlara münasibətdə ədalətə riayət edə bilməyəcəyinizdən qorxursunuzsa, (onlarla izdivacdan daşının,) ürəyiniz istəyən qadınlarla evlənin. Ya iki, ya üç, ya da dörd. Əgər qorxsanız ki, (zövcələrin arasında) ədalətli rəftar edə bilməyəcəksiniz, onda bir zövcə, ya da malınız olan bir kəniz kifayətdir. (Əlbəttə ki, kənizin də hüquqları yerinə yetirilməlidir) Bu, zülm etməməyiniz üçün daha münasibdir.” Nöqtələr Bəzi kişilər yetim qızları himayələrinə götürür, sonra isə cüzi bir mehriyyə ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.