Ən-Nisa surəsi · 19-cu ayə

Ey iman gətirənlər, (ərləri ölmüş) qadınları zorla (cahiliyyət adətlərinə uyğun olaraq ərlərinin malları kimi) irs aparmağınız halal deyil. Həmçinin irslərinin sizə çatması üçün varisi olduğunuz qadınların evlənmələrinə mane olmağınız halal deyil. (Eləcə də mehriyyə olaraq) onlara verdiklərinizin bir hissəsini (əllərindən) almaq üçün onları (ərləri olduğunuz qadınları), (itaətsizlik və zina kimi) aşkar çirkin bir iş görmələri istisna olmaqla sıxıntıda qoymayın (amma aşkar çirkin bir iş görmüş olsalar onları halal yollarla sıxıntıda qoymaqla onlardan bir şey ala bilərsiniz). Onlarla yaxşı rəftar edin və əgər onları xoşlamırsınızsa, (yenə də onlarla keçinin, çünki) çox vaxt siz bir şeyi xoşlamırsınız və Allah onda çoxlu xeyir qoyur.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 19
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Ey iman gətirənlər! Qadınlardan zorla irs almaq sizə halal deyil. Aşkar günaha batmayınca bağışladığınızın bir hissəsini almaq üçün onlara çətinlik yaratmayın. Onlarla yaxşılıqla rəftar edin. Əgər onlardan xoşunuz gəlməsə, çox olsun ki, siz bir şeyi xoşlamayasınız, amma Allah həmin şeydə böyük xeyir qoymuş olsun.”
Nöqtələr
Qadının özünün irs olaraq ötürüldüyü cahilliyyət ənənələrinin ziddinə olaraq, ayədə yalnız var-dövlətin irs olduğuna işarə edilmişdir. Ölənin arvadı kimsənin irsi deyil. Qadın əri öldükdən sonra özünə başqa bir ər seçə bilər.
Bildirişlər
1. İslam qadınların hüquqlarını müdafiə edir.
2. Mehriyyəni zorla geri almaq haramdır.
3. Yalnız qadın iffətsizlik astanasında olduqda kişi ona əziyyət verə bilər.
4. Qadınlarla xoş rəftar etmək lazımdır.
5. Kişi dəyirmanın alt daşı kimidir. O, xoşrəftarlı olub çətinliklərə dözməlidir. Ayədə kişilərə xitab olunur.
6. Bir çox xeyirlər həyatın çətinlikləri ağuşundadır.
7. Övladların səadəti üçün ailə problemlərinin həlli, səbirli və xoşrəftar olmaq ayrılıq və boşanmadan yaxşıdır.
8. Bəzən xeyir və şər bizim istəklərimizə uyğun olmur. Bizim xoşlamadığımız bir şeydə Allah böyük faydalar qoya bilər. Bir sözlə, insan nəyin xeyirli olmasından tam xəbərdar deyil.

Tez-tez Verilən Suallar

Ən-Nisa surəsi 19-cu ayə haqqında suallar və cavablar

Ən-Nisa surəsinin 19-cu ayəsi nə haqqındadır?
Ey iman gətirənlər, (ərləri ölmüş) qadınları zorla (cahiliyyət adətlərinə uyğun olaraq ərlərinin malları kimi) irs aparmağınız halal deyil. Həmçinin irslərinin sizə çatması üçün varisi olduğunuz qadınların evlənmələrinə mane olmağınız halal deyil. (Eləcə də mehriyyə olaraq) onlara verdiklərinizin bir hissəsini (əllərin...
Ən-Nisa surəsi 19-cu ayə hansı surədə yerləşir?
Ən-Nisa surəsi Quran-ı Kərimin 4-ci surəsidir. Bu surə Məkkəvi surədir və 19-cu ayə Ən-Nisa surəsinin tərkib hissəsidir.
Ən-Nisa surəsi 19-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nisa surəsinin 19-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nisa surəsi 19-cu ayənin təfsiri nədir?
"Ey iman gətirənlər! Qadınlardan zorla irs almaq sizə halal deyil. Aşkar günaha batmayınca bağışladığınızın bir hissəsini almaq üçün onlara çətinlik yaratmayın. Onlarla yaxşılıqla rəftar edin. Əgər onlardan xoşunuz gəlməsə, çox olsun ki, siz bir şeyi xoşlamayasınız, amma Allah həmin şeydə böyük xeyir qoymuş olsun.” Nöqtələr Qadının özünün irs olaraq ötürüldüyü cahilliyyət ənənələrinin ziddinə olaraq, ayədə yalnız var-dövlətin irs olduğuna işarə edilmişdir. Ölənin arvadı kimsənin irsi deyil. Qadı...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.