Ən-Nisa surəsi · 164-cü ayə

Həmçinin (başlarına gələnləri) bundan öncə sənə söylədiyimiz və söyləmədiyimiz peyğəmbərləri (göndərdik). Və Allah Musa ilə məxsus bir tərzdə (pərdəsiz və vasitəsiz yetmiş iki saat ayaq üstə durduğu halda bütün Tövratı onun qulağına oxumaqla) danışdı.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 163
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Bundan qabaq əhvalatını sənin üçün danışdığımız peyğəmbərlərə və haqqında danışmadığımız peyğəmbərlərə də vəhy etdik. Allah Musa ilə danışdı, xüsusi bir danışıqla!”
Nöqtələr
Quran surələri arasında "Hud” və "Şuəra” surələrində peyğəmbərlərin əhvalatı daha ətraflı bəyan olunur.
Bütün peyğəmbərlər Allahın həmsöhbəti olsa da, bu arada həzrət Musa "kəlimullah” adlandırılmışdır. Uyğun adlandırmanın belə bir səbəbi ola bilər ki, həzrət Musa Fironla mübarizə və Bəni-İsrailin inadkarlığına dözümdə daha çox və ardıcıl şəkildə Allahla rabitədə olmuşdur. O daha çox bildiriş aldığından "kəlimullah” kimi yad edilmişdir.
Bildirişlər
1. Peyğəmbərlərin tarixi ilə tanışlıq o qədər faydalı və ibrətamizdir ki, Allah da bu məsələyə diqqət yetirir.
2. Peyğəmbərlərin sayı Quranda sadaladığından çoxdur.
3. Bütün tarixi dinləməyə nə ömür çatır, nə də buna ehtiyac var. Müəyyən həddə öyüd-nəsihət eşitmək zəruridir.
4. Bəzən Quranda bir hadisə bir neçə dəfə təkrarlanır. Bəzi hadisələrə isə, demək olar ki, toxunulmur. Məlum olur ki, Quran dastan yox, hidayət və tərbiyə kitabıdır.

Tez-tez Verilən Suallar

Ən-Nisa surəsi 164-cü ayə haqqında suallar və cavablar

Ən-Nisa surəsinin 164-cü ayəsi nə haqqındadır?
Həmçinin (başlarına gələnləri) bundan öncə sənə söylədiyimiz və söyləmədiyimiz peyğəmbərləri (göndərdik). Və Allah Musa ilə məxsus bir tərzdə (pərdəsiz və vasitəsiz yetmiş iki saat ayaq üstə durduğu halda bütün Tövratı onun qulağına oxumaqla) danışdı.
Ən-Nisa surəsi 164-cü ayə hansı surədə yerləşir?
Ən-Nisa surəsi Quran-ı Kərimin 4-ci surəsidir. Bu surə Məkkəvi surədir və 164-cü ayə Ən-Nisa surəsinin tərkib hissəsidir.
Ən-Nisa surəsi 164-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nisa surəsinin 164-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nisa surəsi 164-cü ayənin təfsiri nədir?
"Bundan qabaq əhvalatını sənin üçün danışdığımız peyğəmbərlərə və haqqında danışmadığımız peyğəmbərlərə də vəhy etdik. Allah Musa ilə danışdı, xüsusi bir danışıqla!” Nöqtələr Quran surələri arasında "Hud” və "Şuəra” surələrində peyğəmbərlərin əhvalatı daha ətraflı bəyan olunur. Bütün peyğəmbərlər Allahın həmsöhbəti olsa da, bu arada həzrət Musa "kəlimullah” adlandırılmışdır. Uyğun adlandırmanın belə bir səbəbi ola bilər ki, həzrət Musa Fironla mübarizə və Bəni-İsrailin inadkarlığına dözümdə daha...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.