Ən-Nisa surəsi · 162-ci ayə

Lakin onların elmdə qüvvətli olanlarına (Tövrat və İncilin həqiqi alimlərinə), sənə və səndən əvvəl (keçmiş peyğəmbərlərə) nazil olana iman gətirən bütün möminlərə, xüsusilə namaz qılanlara, həmçinin zəkat verənlərə və Allaha və axirət gününə iman gətirənlərə - onların hamısına tezliklə böyük bir mükafat verəcəyik.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 162
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Amma yəhudi və möminlərin elmdə düşüncə sahibi olanları sənə və səndən əvvəlkilərə nazil olana imanlıdırlar. Onlar xüsusi ilə namazı bərpa edənlər, zəkat ödəyənlər, Allaha və qiyamətə inanandırlar. Tezliklə onlara böyük mükafat verəcəyik.”
Nöqtələr
Quranda dəfələrlə "səndən qabaqkılara nazil olmuş” ifadəsi işlənmişdir və bu, İslam dininin son din olmasını anladır.
Hədisdə deyilir: Zəkat ödəməyənlərin namazı qəbul deyil.” İslam peyğəmbəri zəkat ödəməyən insanları məsciddən çıxarardı. Quranın bildirdiyinə görə, əsil namaz qılanlar xəsis deyil.(Bax: "Məaric”, 21, 22. )
Bildirişlər
1. Tənqiddə insaflı olmaq lazımdır. Bu ayədə yəhudilərin möminləri onların zalımlarından və haramxorlarından ayrılır.
2. İnsanın ruhunda kök atmış bilik dəyərlidir.
3. Bütün ilahi dinlərdəki bütün üsullara iman zəruridir.
4. Dinin bütün əsaslarına iman bəsləmək ilahi dinlərin hamısında zəruri hesab olunmuşdur.
5. Namaz və zəkat bütün ilahi dinlərdə öz əksini tapsa da, əhəmiyyətli olduğu üçün ayrıca zikr edilmişdir.
6. Namaz zəkatdan ayrı deyil. Namaz əhli həm də infaq əhli olmalıdır.
7. Namazın xüsusi yeri var. (Ayədə namaz haqqında "muqimun” yox, "muqimin” sözünün işlədilməsi ərəb qrammatikasına əsasən üstünlük nişanəsidir.)

Tez-tez Verilən Suallar

Ən-Nisa surəsi 162-ci ayə haqqında suallar və cavablar

Ən-Nisa surəsinin 162-ci ayəsi nə haqqındadır?
Lakin onların elmdə qüvvətli olanlarına (Tövrat və İncilin həqiqi alimlərinə), sənə və səndən əvvəl (keçmiş peyğəmbərlərə) nazil olana iman gətirən bütün möminlərə, xüsusilə namaz qılanlara, həmçinin zəkat verənlərə və Allaha və axirət gününə iman gətirənlərə - onların hamısına tezliklə böyük bir mükafat verəcəyik.
Ən-Nisa surəsi 162-ci ayə hansı surədə yerləşir?
Ən-Nisa surəsi Quran-ı Kərimin 4-ci surəsidir. Bu surə Məkkəvi surədir və 162-ci ayə Ən-Nisa surəsinin tərkib hissəsidir.
Ən-Nisa surəsi 162-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nisa surəsinin 162-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nisa surəsi 162-ci ayənin təfsiri nədir?
"Amma yəhudi və möminlərin elmdə düşüncə sahibi olanları sənə və səndən əvvəlkilərə nazil olana imanlıdırlar. Onlar xüsusi ilə namazı bərpa edənlər, zəkat ödəyənlər, Allaha və qiyamətə inanandırlar. Tezliklə onlara böyük mükafat verəcəyik.” Nöqtələr Quranda dəfələrlə "səndən qabaqkılara nazil olmuş” ifadəsi işlənmişdir və bu, İslam dininin son din olmasını anladır. Hədisdə deyilir: Zəkat ödəməyənlərin namazı qəbul deyil.” İslam peyğəmbəri zəkat ödəməyən insanları məsciddən çıxarardı. Quranın bil...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.