Ən-Nisa surəsi · 160-cu ayə

Bəli, yəhudilərdən baş vermiş (bütün bu) zülmün və həmçinin insanların çoxunu Allahın yolundan saxlamalarının cəzası olaraq, onlara halal edilmiş (dəvə südü və əti, balıq ovu və heyvanın piyi kimi) pak şeyləri onlara haram etdik.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 160
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Yəhudilər zülmə yol verdiklərinə və xalqın çoxunu Allahın yolundan uzaqlaşdırdıqlarına görə Biz əvvəllər onlara halal olmuş pak və xoşagəlimli şeyləri haram etdik.”
Nöqtələr
Yəhudilərə haram edilmiş pak nemətlər dedikdə "Ənam” surəsinin 146-cı ayəsindəki haram hökmü nəzərdə tutula bilər. Bu qadağa indiki Tövratda da var.(Tövrat, "Sifre-Laviyan”, f. 11. )
Fərd və cəmiyyətin halı və əməlləri onların ilahi nemətlərdən bəhrələnməsində və ya zavala uğramasında mühüm rol oynayır. "Fəcr” surəsinin 17-ci ayəsində oxuyuruq ki, bəzən məhrumluğun səbəbi yetimlərə diqqətsizlik olur. "Əraf” surəsinin 96-cı ayəsində oxuyuruq: "Əgər həmin məmləkət əhli imanlı və təqvalı olsaydı, səmanın bərəkətindən bəhrələnərdi.”
Necə ki, hədisdə oxuyuruq: "Əkin məhsulları insanların yol verdiyi zülmə görə məhv olur.”("Müstədrək”, c. 13, s. 473.)
Bildirişlər
1. Zülm nemətlərdən məhrumluq zəminəsidir.
2. Bəzən iqtisadi məhrumiyyətlər və maddi sıxıntılar ilahi qəhr-qəzəb və cəzanın nişanəsi olur.
3. Bir nemətin haram edilməsində məqsəd təkcə insanın sağlamlığının qorunması deyil.
4. Əsl cəza qiyamətdə də olsa, dünya cəzaları bir xəbərdarlıqdır. Dünya çətinliyi günahkarlar üçün cəza, salehlər üçün imtahandır.
5. İstənilən bir yolla (təhrif, gizlətmə, bidət, fəsad, azğınlıq...) Allah yolunu bağlamaq nemətlərdən məhrumluq səbəbidir.

Tez-tez Verilən Suallar

Ən-Nisa surəsi 160-cu ayə haqqında suallar və cavablar

Ən-Nisa surəsinin 160-cu ayəsi nə haqqındadır?
Bəli, yəhudilərdən baş vermiş (bütün bu) zülmün və həmçinin insanların çoxunu Allahın yolundan saxlamalarının cəzası olaraq, onlara halal edilmiş (dəvə südü və əti, balıq ovu və heyvanın piyi kimi) pak şeyləri onlara haram etdik.
Ən-Nisa surəsi 160-cu ayə hansı surədə yerləşir?
Ən-Nisa surəsi Quran-ı Kərimin 4-ci surəsidir. Bu surə Məkkəvi surədir və 160-cu ayə Ən-Nisa surəsinin tərkib hissəsidir.
Ən-Nisa surəsi 160-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nisa surəsinin 160-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nisa surəsi 160-cu ayənin təfsiri nədir?
"Yəhudilər zülmə yol verdiklərinə və xalqın çoxunu Allahın yolundan uzaqlaşdırdıqlarına görə Biz əvvəllər onlara halal olmuş pak və xoşagəlimli şeyləri haram etdik.” Nöqtələr Yəhudilərə haram edilmiş pak nemətlər dedikdə "Ənam” surəsinin 146-cı ayəsindəki haram hökmü nəzərdə tutula bilər. Bu qadağa indiki Tövratda da var.(Tövrat, "Sifre-Laviyan”, f. 11. ) Fərd və cəmiyyətin halı və əməlləri onların ilahi nemətlərdən bəhrələnməsində və ya zavala uğramasında mühüm rol oynayır. "Fəcr” surəsinin 17-...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.