Ən-Nisa surəsi · 155-ci ayə

Beləliklə (Biz İsrail övladlarını) əhd-peymanı pozduqlarına, Allahın ayələrini inkar etdiklərinə, (Allahın) peyğəmbərləri(ni) haqsız yerə öldürdüklərinə, eləcə də «qəlblərimiz pərdədədir (və sənin sözlərini dərk etmir)» demələrinə görə (lənət və əzaba düçar etdik). (Lakin bu onların dedikləri kimi deyil) əksinə, Allah ona (onların qəlblərinə) küfrlərinə görə (bədbəxtlik) möhür(ü) vurmuşdur. Buna görə də onlar, az bir hissəsinin azacıq imanı istisna olmaqla iman gətirməyəcəklər.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 155
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Əhdi pozduqlarına, Allahın ayələrini inkar etdiklərinə, peyğəmbərləri nahaqdan öldürdüklərinə və "qəlblərimizə pərdə çəkilib” dediklərinə görə (onları cəzalandırdıq). Bəlkə də Allah küfrlərinə görə onların qəlblərini möhürləmişdir. Yalnız az bir qismi iman gətirər.”
Nöqtələr
İslam peyğəmbərinin dövründəki Bəni-İsrail, peyğəmbərləri öldürməmişdi. Amma onların ata-babaları bu cinayəti törətmişdilər. Peyğəmbər dövründəki yəhudilər öz ata-babalarının uyğun cinayətinə razı olduqlarından həmin cinayət onlara da aid edilmişdir.("Təfsire-Qummi”, c. 1, s. 157. )
Bildirişlər
1. Əhdi pozmaq küfr dərəcəsində olan bir günahdır, ya da küfr zəminəsi ola bilər.
2. Naşükürlük insanı o qədər alçalda bilər ki, peyğəmbərlərin vasitəsi ilə azad olanlar onları qətlə yetirərlər.
3. İnsan küfr və inadkarlıqla özü üçün süqut zəminəsi hazırlayır.
4. Əksəriyyət küfrə uğradığı bir zamanda az bir qismin iman gətirməsi sübut edir ki, insanın seçim və qərar çıxarmaq qüdrəti var. Demək, günahkar dost, mühit və quruluş insanın haqq yoldakı iradəsini dəyişməməlidir.

Tez-tez Verilən Suallar

Ən-Nisa surəsi 155-ci ayə haqqında suallar və cavablar

Ən-Nisa surəsinin 155-ci ayəsi nə haqqındadır?
Beləliklə (Biz İsrail övladlarını) əhd-peymanı pozduqlarına, Allahın ayələrini inkar etdiklərinə, (Allahın) peyğəmbərləri(ni) haqsız yerə öldürdüklərinə, eləcə də «qəlblərimiz pərdədədir (və sənin sözlərini dərk etmir)» demələrinə görə (lənət və əzaba düçar etdik). (Lakin bu onların dedikləri kimi deyil) əksinə, Allah ...
Ən-Nisa surəsi 155-ci ayə hansı surədə yerləşir?
Ən-Nisa surəsi Quran-ı Kərimin 4-ci surəsidir. Bu surə Məkkəvi surədir və 155-ci ayə Ən-Nisa surəsinin tərkib hissəsidir.
Ən-Nisa surəsi 155-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nisa surəsinin 155-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nisa surəsi 155-ci ayənin təfsiri nədir?
"Əhdi pozduqlarına, Allahın ayələrini inkar etdiklərinə, peyğəmbərləri nahaqdan öldürdüklərinə və "qəlblərimizə pərdə çəkilib” dediklərinə görə (onları cəzalandırdıq). Bəlkə də Allah küfrlərinə görə onların qəlblərini möhürləmişdir. Yalnız az bir qismi iman gətirər.” Nöqtələr İslam peyğəmbərinin dövründəki Bəni-İsrail, peyğəmbərləri öldürməmişdi. Amma onların ata-babaları bu cinayəti törətmişdilər. Peyğəmbər dövründəki yəhudilər öz ata-babalarının uyğun cinayətinə razı olduqlarından həmin cinayə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.