Ən-Nisa surəsi · 125-ci ayə

Kimin dini yaxşı əməl sahibi olub (şəriət baxımından) haqpərəst İbrahimin dininə tabe halda bütün vücudunu Allaha təslim edən şəxs(in dinin)dən daha gözəldir? Allah İbrahimi (Özünə) dost tutmuşdur.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 125
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Özü Allaha təslim olmuş, xeyir iş sahibi olduğu halda İbrahim ayininə tabe olan kəsin dinindən kimin dini üstündür?! Allah İbrahimi özünə dost seçdi.”
Nöqtələr
Əvvəlki iki ayədə əməl əsas götürüldü. İslama və ya məsihiliyə aidiyyat yada salınmadı. Bu ayədə isə bütün din və əqidələrin eyni olduğunu anlatmaq üçün bəzi məsələlər bəyan olunur.
Bilməliyik ki, Allaha təslimçilik Onun qəzavü-qədərindən razılıqdan üstündür. Çünki razılıq məsələsində insan özünü bir şəxs bilir. Təslimçilikdə isə insan özünü Allah qarşısında fani sayır.("Təfsire-Ətyəbul-bəyan. )
Azğın yoldan haqq yola üz tutana "hənif” deyilir. Haqq yoldan batil yola keçən isə "cənif” adlanır.
"Xəlil” ya "xullət” kökündən olub "dostluq” mənasını, ya da "xəllət” kökündən olub ehtiyac mənasını bildirir. Birinci məna daha münasibdir.
Rəvayətlərə əsasən, həzrət İbrahim "xəlilullah” məqamını çoxlu səcdələrinə, miskinləri yedirtdiyinə, gecə namazına, dilənçini rədd etmədiyinə, qonaqpərvərliyinə görə əldə etmişdi.("Təfsire-Nurus-Səqəleyn”. )
İslam peyğəmbəri İbrahim ayinlərinə tabe olmuşdur.(Bax: "Nəhl”, 123. )
İbrahim "xəlilullah”, Məhəmməd (s) isə "həbibullah” adlandırılmışdır.(Dürrül-Mənsur”, c. 2, s. 230. )
İşlərini ilahi niyyətlə görənlər mənfəətdədir.(Bax: "Qəsəs”, 88. ) Bütün qeyri-ilahi işlər fanidir.
Bildirişlər
1. Ən üstün ayin İbrahimin dininə ardıcıllıqdır.
2. Allah qarşısında təslimçilik və xalqa ehsan ilahi dinlərin üsulundandır.
3. Əqidə məktəbi həm iman, həm də əməl bünövrəsi üzərində möhkəmlənir. Hər biri o biri olmayanda naqisdir.
4. Xalq üçün ən üstün nümunə Allahın Özü üçün seçdikləridir.
5. Batildən üz döndərən hər bir şəxs özünü xəlilullah məqamına hazırlamışdır.

Tez-tez Verilən Suallar

Ən-Nisa surəsi 125-ci ayə haqqında suallar və cavablar

Ən-Nisa surəsinin 125-ci ayəsi nə haqqındadır?
Kimin dini yaxşı əməl sahibi olub (şəriət baxımından) haqpərəst İbrahimin dininə tabe halda bütün vücudunu Allaha təslim edən şəxs(in dinin)dən daha gözəldir? Allah İbrahimi (Özünə) dost tutmuşdur.
Ən-Nisa surəsi 125-ci ayə hansı surədə yerləşir?
Ən-Nisa surəsi Quran-ı Kərimin 4-ci surəsidir. Bu surə Məkkəvi surədir və 125-ci ayə Ən-Nisa surəsinin tərkib hissəsidir.
Ən-Nisa surəsi 125-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nisa surəsinin 125-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nisa surəsi 125-ci ayənin təfsiri nədir?
"Özü Allaha təslim olmuş, xeyir iş sahibi olduğu halda İbrahim ayininə tabe olan kəsin dinindən kimin dini üstündür?! Allah İbrahimi özünə dost seçdi.” Nöqtələr Əvvəlki iki ayədə əməl əsas götürüldü. İslama və ya məsihiliyə aidiyyat yada salınmadı. Bu ayədə isə bütün din və əqidələrin eyni olduğunu anlatmaq üçün bəzi məsələlər bəyan olunur. Bilməliyik ki, Allaha təslimçilik Onun qəzavü-qədərindən razılıqdan üstündür. Çünki razılıq məsələsində insan özünü bir şəxs bilir. Təslimçilikdə isə insan ö...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.