Ən-Nisa surəsi · 121-ci ayə

Onların yerləri Cəhənnəmdir və ondan qaçmağa əsla bir yol tapmazlar.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 121
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Yerləri cəhənnəmdə olanlar onlardır. Oradan qaçmağa yol tapmazlar.”
Nöqtələr
"Həys” sözündən olan "məhis” sözü daşınmaq, fikrini dəyişmək mənasını bildirir.
Günahların bağışlanması haqqında "Ali-İmran” surəsinin 135-ci ayəsi nazil olanda İblis fəryad qoparıb, yaxınlarını başına topladı və dedi: "İnsanın tövbəsi ilə bizim bütün zəhmətlərimiz hədər gedir.” Hərə bir söz dedi. Şeytanlardan biri dedi: "Əgər bir şəxs tövbə qərarına gəlsə, onu arzulara, vədələrə düçar edərəm ki, tövbəsi təxirə düşsün.” İblis bu sözdən razı qaldı.("Təfsire-Safi”. )
Həm Allah, həm də şeytan vədə vermişlər. Amma Allahın vədi doğru(Bax: "Həcc”, 47. ), şeytanın vədi isə yalandır.
Şeytani vədin əlaməti dar baxış və fəsada dəvətdir.(Bax: "Bəqərə”, 268.)
Bildirişlər
1. Arzulara bağlılıq şeytanın toruna düşməkdir.
2. Başqalarına, hətta uşaqlara yalan vəd verənlər şeytani iş görürlər.
3. Cəhənnəm bir qrup üçün əbədi məskəndir.
4. Cəza ilə qorxutma fəsadın qarşısını alma yollarındandır.
5. Dünya çətinliklərindən qaçmaq olar, axirət əzabından isə heç vaxt!
6. Axirətdən geri qayıtmaq mümkünsüzdür. Nə qədər ki, dünyadan getməmişik, pisliklərdən çəkinək.

Tez-tez Verilən Suallar

Ən-Nisa surəsi 121-ci ayə haqqında suallar və cavablar

Ən-Nisa surəsinin 121-ci ayəsi nə haqqındadır?
Onların yerləri Cəhənnəmdir və ondan qaçmağa əsla bir yol tapmazlar.
Ən-Nisa surəsi 121-ci ayə hansı surədə yerləşir?
Ən-Nisa surəsi Quran-ı Kərimin 4-ci surəsidir. Bu surə Məkkəvi surədir və 121-ci ayə Ən-Nisa surəsinin tərkib hissəsidir.
Ən-Nisa surəsi 121-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nisa surəsinin 121-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nisa surəsi 121-ci ayənin təfsiri nədir?
"Yerləri cəhənnəmdə olanlar onlardır. Oradan qaçmağa yol tapmazlar.” Nöqtələr "Həys” sözündən olan "məhis” sözü daşınmaq, fikrini dəyişmək mənasını bildirir. Günahların bağışlanması haqqında "Ali-İmran” surəsinin 135-ci ayəsi nazil olanda İblis fəryad qoparıb, yaxınlarını başına topladı və dedi: "İnsanın tövbəsi ilə bizim bütün zəhmətlərimiz hədər gedir.” Hərə bir söz dedi. Şeytanlardan biri dedi: "Əgər bir şəxs tövbə qərarına gəlsə, onu arzulara, vədələrə düçar edərəm ki, tövbəsi təxirə düşsün....
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.