Ən-Nisa surəsi · 101-ci ayə

Yer üzündə (hətta bir ağac məsafə miqdarında olsa belə) səfərə çıxdığınız zaman kafirlərin sizə zərər və ziyan vurub incidəcəklərindən qorxduğunuz təqdirdə (öz dörd rükətli) namaz(lar)ınızdan (iki rükəti) azaltmağınızda sizə günah yoxdur. Şübhəsiz, kafirlər həmişə sizə açıq-aşkar düşməndirlər.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 101
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
كَفَرُواْ إِنَّ الْكَافِرِينَ كَانُواْ لَكُمْ عَدُوًّا مُّبِينًا
"Yer üzündə səfərə çıxdığınız vaxt əgər kafirlərin əziyyətindən qorxsanız, namazı qısaltmağınızın sizin üçün günahı yoxdur. Həqiqətən, kafirlər daim sizin aşkar düşməninizdir.”
Nöqtələr
Cihad və hicrət haqqında söhbətlərdən sonra bu ayə müsafir namazının hökmünü bəyan edir.
"Zərəbtum fil-ərz” təbiri səfərə işarədir. Çünki müsafir səfər zamanı ayağını yerə döyür.("Müfrədate-rağib”, "zərbun” maddəsi. )
Quranda bəzən vaciblik əvəzinə "eybi yoxdur” təbiri işlədilir. Bu ayə də uyğun təbirlə rastlaşdığımız ayələrdəndir. İlkin İslam dövrünün müsəlmanları namaza o qədər bağlı idilər ki, onun qısaldılmasını günah sayırdılar.
Qısaldılmış (qəsr) namaz təkcə düşmən qorxusu olduqda qılınmır. Adətən, səfərlərdə qorxu və nigarançılıq olduğundan və ya qəsr namaz qanunu əvvəlcə qorxu ilə bağlı bəyan edildiyindən, sonralar hər bir səfərə aid edilmişdir. Ayədə "in xiftum” qeyd edilmişdir.
Rəvayətlərdə namazın qəsr hala düşdüyü səfər miqdarı bəyan olunmuşdur. Bir gün ərzində səfər uzunluğu (səkkiz fərsəx) müəyyən edilmişdir.("Təhzibul-Əhkam”, c. 3, s. 207 )
Müsafir sübh və məğrib (şam) namazlarından savay bütün namazları iki rəkət qılır.("Mən la yəhzuruhul-fəqih”, c. 1, s. 2.) Namazın qısaldılması dedikdə, dörd rəkətlik namazların iki rəkət qılınması nəzərdə tutulur.
Bildirişlər
1. Həqiqəti görmə və yarıya bölünmənin qəbulu ilahi qanunlara bir əsasdır.
2. Namaz halında da düşməndən qəflətdə olmayın. Siyasət, dəyanət, ibadət, dərketmə bir-birindən ayrı deyil.
3. Bəzən yəqinlik lazım olmur. Proqramı dəyişmək üçün fitnə ehtimalı kifayət edir.
4. Hətta təhlükə ehtimal olunduqda da namaz qılınmalıdır.
5. Küfr və iman bir-biri ilə ziddiyyətdədir.
6. Kafirlər sizinlə düşmənçilikdə əl-ələ vermişlər.
7. Kafirlərin sizinlə düşmənçiliklərinin kökləri var və uzun keçmişi olan bu düşmənçilik daimidir.

Tez-tez Verilən Suallar

Ən-Nisa surəsi 101-ci ayə haqqında suallar və cavablar

Ən-Nisa surəsinin 101-ci ayəsi nə haqqındadır?
Yer üzündə (hətta bir ağac məsafə miqdarında olsa belə) səfərə çıxdığınız zaman kafirlərin sizə zərər və ziyan vurub incidəcəklərindən qorxduğunuz təqdirdə (öz dörd rükətli) namaz(lar)ınızdan (iki rükəti) azaltmağınızda sizə günah yoxdur. Şübhəsiz, kafirlər həmişə sizə açıq-aşkar düşməndirlər.
Ən-Nisa surəsi 101-ci ayə hansı surədə yerləşir?
Ən-Nisa surəsi Quran-ı Kərimin 4-ci surəsidir. Bu surə Məkkəvi surədir və 101-ci ayə Ən-Nisa surəsinin tərkib hissəsidir.
Ən-Nisa surəsi 101-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nisa surəsinin 101-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nisa surəsi 101-ci ayənin təfsiri nədir?
كَفَرُواْ إِنَّ الْكَافِرِينَ كَانُواْ لَكُمْ عَدُوًّا مُّبِينًا "Yer üzündə səfərə çıxdığınız vaxt əgər kafirlərin əziyyətindən qorxsanız, namazı qısaltmağınızın sizin üçün günahı yoxdur. Həqiqətən, kafirlər daim sizin aşkar düşməninizdir.” Nöqtələr Cihad və hicrət haqqında söhbətlərdən sonra bu ayə müsafir namazının hökmünü bəyan edir. "Zərəbtum fil-ərz” təbiri səfərə işarədir. Çünki müsafir səfər zamanı ayağını yerə döyür.("Müfrədate-rağib”, "zərbun” maddəsi. ) Quranda bəzən vaciblik əvəzinə ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.