Əl-Mumtəhinə surəsi · 10-cu ayə

Ey iman gətirənlər, möminə qadınlar (öz kafir ərlərindən ayrılaraq) sizin yanınıza mühacir kimi gəldikdə, onları (iman baxımından) imtahana çəkin. Allah Özü onların imanlarını daha yaxşı bilir. Beləliklə, əgər onların mömin olduqlarını bilsəniz, onları kafirlərə (kafir ərlərinə) tərəf qaytarmayın. Nə bunlar onlara halaldırlar və nə onlar bunlara halaldırlar. Və (ərlərinin mehriyyədən) onlara xərclədiklərini özlərinə qaytarın. Ücrətlərini (mehriyyələrini) ödədiyiniz təqdirdə onlarla evlənməyinizdən sizə heç bir günah gəlməz. (Kafirlərə qoşulan) kafir qadınlar(ınız)la olan əqdlərə və əhd-peymanlara əsaslanmayın (onlar batil olmuşdur) və (mehriyyədən) xərclədiklərinizi onlardan tələb edin və onlar da xərclədiklərini sizdən tələb etsinlər. Bu, sizin aranızda hökm edən Allahın hökmüdür. Allah biləndir və hikmətlidir.

Tez-tez Verilən Suallar

Əl-Mumtəhinə surəsi 10-cu ayə haqqında suallar və cavablar

Əl-Mumtəhinə surəsinin 10-cu ayəsi nə haqqındadır?
Ey iman gətirənlər, möminə qadınlar (öz kafir ərlərindən ayrılaraq) sizin yanınıza mühacir kimi gəldikdə, onları (iman baxımından) imtahana çəkin. Allah Özü onların imanlarını daha yaxşı bilir. Beləliklə, əgər onların mömin olduqlarını bilsəniz, onları kafirlərə (kafir ərlərinə) tərəf qaytarmayın. Nə bunlar onlara hala...
Əl-Mumtəhinə surəsi 10-cu ayə hansı surədə yerləşir?
Əl-Mumtəhinə surəsi Quran-ı Kərimin 60-ci surəsidir. Bu surə Məkkəvi surədir və 10-cu ayə Əl-Mumtəhinə surəsinin tərkib hissəsidir.
Əl-Mumtəhinə surəsi 10-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Mumtəhinə surəsinin 10-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.