Məryəm surəsi · 98-ci ayə

Onlardan qabaq nə çox dövrlərin insanlarını həlak etdik. Heç onlardan hansısa birini hiss edir və ya onlardan bir səs eşidirsən?

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Məryəm surəsi / ayə 98
MÖHSÜN QƏRAƏTİ 05.04.2026
"Onlardan öncə bir çox nəsilləri həlak etdik. Onlardan kimsəni tapır və ya azca da olsa səslərini eşidirsənmi?!”

Nöqtələr
Bu şərif ayə Peyğəmbər (s) üçün bir təsəllidir. Dolayısı ilə ona müjdə verilir ki, sənin inadkar düşmənlərin tezliklə məhv olacaq. Necə ki, bir çox inadkarlar keçmişdə məhv oldular.
"Rikz” dedikdə ahəstə, məxfi səs mənası anlaşılır.
İmam Sadiq (ə) Cabirin bu ayə ilə bağlı sualına belə cavab verir: "Həlak olmuş qövm Bəni-Üməyyədir. Onlardan bircəsini də ümidli və ya qorxudan kənar görməzsən.” Cabir deyir: "Ərz etdim ki, belə bir şey mümkündürmü?” Həzrət buyurdu: ”Tezliklə baş verəcək.”("Təfsire-nurus-səqəleyn”.)
Bildirişlər
1. İnadkar qövmlərin məhvi Quran xəbərdarlıqlarının ciddiliyindən danışır.
2. Haqq düşmənlərinin məhvi ilahi sünnələrdən biridir.
3. Tarix ibrət güzgüsüdür.

Tez-tez Verilən Suallar

Məryəm surəsi 98-ci ayə haqqında suallar və cavablar

Məryəm surəsinin 98-ci ayəsi nə haqqındadır?
Onlardan qabaq nə çox dövrlərin insanlarını həlak etdik. Heç onlardan hansısa birini hiss edir və ya onlardan bir səs eşidirsən?
Məryəm surəsi 98-ci ayə hansı surədə yerləşir?
Məryəm surəsi Quran-ı Kərimin 19-ci surəsidir. Bu surə Məkkəvi surədir və 98-ci ayə Məryəm surəsinin tərkib hissəsidir.
Məryəm surəsi 98-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Məryəm surəsinin 98-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Məryəm surəsi 98-ci ayənin təfsiri nədir?
"Onlardan öncə bir çox nəsilləri həlak etdik. Onlardan kimsəni tapır və ya azca da olsa səslərini eşidirsənmi?!”NöqtələrBu şərif ayə Peyğəmbər (s) üçün bir təsəllidir. Dolayısı ilə ona müjdə verilir ki, sənin inadkar düşmənlərin tezliklə məhv olacaq. Necə ki, bir çox inadkarlar keçmişdə məhv oldular."Rikz” dedikdə ahəstə, məxfi səs mənası anlaşılır.İmam Sadiq (ə) Cabirin bu ayə ilə bağlı sualına belə cavab verir: "Həlak olmuş qövm Bəni-Üməyyədir. Onlardan bircəsini də ümidli və ya qorxudan kənar...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.