Məryəm surəsi · 93-cü ayə

Göylərdə və yerdə olanların hamısı (qeyri-ixtiyari şəkildə) istisnasız, Rəhman olan Allahın qarşısında bəndə(lik əlaməti) olaraq baş əyərlər.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Məryəm surəsi / ayə 93
MÖHSÜN QƏRAƏTİ 05.04.2026
"Göylərdə və yerdə elə bir mövcud yoxdur ki, Rəhman Allahın hüzuruna qul olaraq gəlməsin.”

Nöqtələr
"Hədd” sözü süqut mənasını bildirir.
Həqiqətlər qarşısında təbiətin reaksiyası Quranda dəfələrlə bəyan olunmuş bir məsələdir: Bir ayədə buyurulur: "Bəzi daşlar Allah xofundan dağlardan uçulub tökülür.”(Ənam”, 94.) Digər bir yerdə buyurulur: "Əgər Quran dağlara nazil olsaydı, mütləq Allah qorxusundan tikə-tikə parçalanardı”(Bəqərə”, 152.)
Bildirişlər
1. Günah varlıq aləmindəki nizamın pozulmasına səbəb ola bilər.
2. Allah varlıq aləmini insan üçün yaratmışdır. Bəşəriyyət yolunu azdığı vaxt varlıq aləminin süqutu yersiz olmur.
3. Varlıq aləmində ən böyük fəsad puç əqidədir.
4. Allah o zaman övlad götürərdi ki, nəsil davamına ehtiyac duyar, tənhalıqdan əziyyət çəkərdi. Halbuki Allah bütün bu sifətlərdən pak-pakizədir.
5. Bütün varlıq aləmi Allahın hökmü altındadır və Ona doğru qayıdır.
6. Varlıq aləmi və ondakı mövcudlar bütünlüklə Allahın hökmü altındadır və Onun bəndəsidir. Nə üçün Allahın bəndəsini Ona övlad sayırsınız?!

Tez-tez Verilən Suallar

Məryəm surəsi 93-cü ayə haqqında suallar və cavablar

Məryəm surəsinin 93-cü ayəsi nə haqqındadır?
Göylərdə və yerdə olanların hamısı (qeyri-ixtiyari şəkildə) istisnasız, Rəhman olan Allahın qarşısında bəndə(lik əlaməti) olaraq baş əyərlər.
Məryəm surəsi 93-cü ayə hansı surədə yerləşir?
Məryəm surəsi Quran-ı Kərimin 19-ci surəsidir. Bu surə Məkkəvi surədir və 93-cü ayə Məryəm surəsinin tərkib hissəsidir.
Məryəm surəsi 93-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Məryəm surəsinin 93-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Məryəm surəsi 93-cü ayənin təfsiri nədir?
"Göylərdə və yerdə elə bir mövcud yoxdur ki, Rəhman Allahın hüzuruna qul olaraq gəlməsin.”Nöqtələr"Hədd” sözü süqut mənasını bildirir.Həqiqətlər qarşısında təbiətin reaksiyası Quranda dəfələrlə bəyan olunmuş bir məsələdir: Bir ayədə buyurulur: "Bəzi daşlar Allah xofundan dağlardan uçulub tökülür.”(Ənam”, 94.) Digər bir yerdə buyurulur: "Əgər Quran dağlara nazil olsaydı, mütləq Allah qorxusundan tikə-tikə parçalanardı”(Bəqərə”, 152.)Bildirişlər1. Günah varlıq aləmindəki nizamın pozulmasına s...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.