Məryəm surəsi · 84-cü ayə

Buna görə də onlara münasibətdə (onların məğlub və məhv olmalarına) tələsmə. Həqiqətən Biz onların barəsində diqqətlə anları (əzablarının vaxtının çatması üçün əməl, gün və nəfəslərini) sayırıq.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Məryəm surəsi / ayə 84
MÖHSÜN QƏRAƏTİ 05.04.2026
"Onlar üçün (əzaba düşsünlər deyə) tələsmə. Biz onlar üçün hesab aparırıq.”

Nöqtələr
"Əzz” sözündən şiddətli təhrik etmə və yerindən qoparma mənaları başa düşülür. "Əzzul-Qidr”, yəni qazan elə qaynadı ki, onun içindəkilər alt-üst oldu.
Şeytanın iman əhli ilə rabitəsi sadədir. Huşyarlıq və tövbə ilə nəticələnir.("Təfsire-Safi”.) Amma şeytanın kafirlərlə rabitəsi hakim-məhkum rabitəsidir. Əlbəttə, bu ağalıq üçün kafir özü zəmin hazırlamışdır.("Kafi”, c. 8, s. 95.)
Şeytanların Allah tərəfindən göndərilməsi dedikdə, onların başlı-başına buraxılmaları nəzərdə tutula bilər. Məsələn, itinə mane olmayan adam haqqında "itini buraxdı” deyirlər.
"Təfsire-Qummi” də deyilir: "Şeytanları göndərdi” ayəsi xüms-zəkat ödəməyənlər haqqındadır. Allah belələrinin üzərinə zalım hakim və ya şeytan göndərir ki, xüms-zəkat olaraq ödəmədiklərini qeyri-ilahi yolla xərcləsinlər.
İmam Sadiq (ə) buyurur: "İnsan ömrünün günlərini onun ata-anası da hesablaya bilər. Demək, "onların hesabını apararıq” cümləsi "onların çəkdikləri nəfəsi də hesablayarıq” mənasında anlaşılmalıdır.(Yasin”, 60, 61.)
Bildirişlər
1. Allah küfr yolunu seçib şeytanın hakimiyyətini qəbul edənləri fəsada təşviq etmək üçün şeytanları onların sorağınca göndərir. (Kafirlərin cəzalarından biri şeytanın onlara hakimiyyətidir.)
2. Şeytan insanı həvəsləndirsə də, onu məcbur edə bilmir.
3. Şeytanın təhriki çox güclüdür.
4. Heç bir şey, hətta şeytanın vəsvəsələri Allahın iradəsindən xaric deyil.
5. Küfr şeytan təhriklərinin qəbulu səbəbidir.
6. Peyğəmbərlərin hadisələrdən xəbərdarlığı məhduddur.
7. Müxaliflərin küfr və düşmənçilikdəki inadkarlıqları geniş qəlbə malik Peyğəmbəri (s) əzab istəməyə vadar etdi.
8. İnsanlara möhlət vermək ilahi sünnə, qanundur. İlahi proqramlar nizamlı və tədricidir. Buna görə də kafirlərin məhvinə tələsməyək.
9. Öz əmr və qadağalarınızı, göstərişlərinizi əsaslı şəkildə bəyan edin.

Tez-tez Verilən Suallar

Məryəm surəsi 84-cü ayə haqqında suallar və cavablar

Məryəm surəsinin 84-cü ayəsi nə haqqındadır?
Buna görə də onlara münasibətdə (onların məğlub və məhv olmalarına) tələsmə. Həqiqətən Biz onların barəsində diqqətlə anları (əzablarının vaxtının çatması üçün əməl, gün və nəfəslərini) sayırıq.
Məryəm surəsi 84-cü ayə hansı surədə yerləşir?
Məryəm surəsi Quran-ı Kərimin 19-ci surəsidir. Bu surə Məkkəvi surədir və 84-cü ayə Məryəm surəsinin tərkib hissəsidir.
Məryəm surəsi 84-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Məryəm surəsinin 84-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Məryəm surəsi 84-cü ayənin təfsiri nədir?
"Onlar üçün (əzaba düşsünlər deyə) tələsmə. Biz onlar üçün hesab aparırıq.”Nöqtələr"Əzz” sözündən şiddətli təhrik etmə və yerindən qoparma mənaları başa düşülür. "Əzzul-Qidr”, yəni qazan elə qaynadı ki, onun içindəkilər alt-üst oldu.Şeytanın iman əhli ilə rabitəsi sadədir. Huşyarlıq və tövbə ilə nəticələnir.("Təfsire-Safi”.) Amma şeytanın kafirlərlə rabitəsi hakim-məhkum rabitəsidir. Əlbəttə, bu ağalıq üçün kafir özü zəmin hazırlamışdır.("Kafi”, c. 8, s. 95.)Şeytanların Allah tərəfindən gön...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.