Məryəm surəsi · 76-cı ayə

Allah doğru yola yönəldilmiş kəslərin hidayətini artırır və əbədi yaxşılıqlar (haqq əqidələr, mənəvi fəzilətlər və saleh əməllər) Rəbbinin yanında (axirət) mükafat(ı) və nəticə baxımından daha yaxşıdır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Məryəm surəsi / ayə 76
MÖHSÜN QƏRAƏTİ 05.04.2026
"Allah hidayət olanların (doğru yolu tutanların) hidayətini artırar. Rəbbinin yanında davamlı yaxşılıqların savabı daha üstün və xoş aqibətdir.”

Nöqtələr
"Mərədd” dedikdə aqibət və mənfəət mənaları anlaşılır. "Səvab” sözü əməlin əvəzi mənasını bildirir. Bu əvəz xeyir və şər ola bilər. Amma adətən xeyir mənasında işlədilir.(Təfsire-Qummi”, c. 2, s. 53. )
Ötən ayədə oxuduq ki, azğınlar daha çox azğınlığa uğrayar. Bu ayədə isə doğru yol tutanların daha çox hidayət və nuraniyyətə çatması bildirilir.
Bəzi rəvayətlərdə bildirilir: "Davamlı yaxşılıqlar” dedikdə "sübhanəllahi vəlhəmdulillahi vəla ilahə illəllahu vəllahu əkbər” zikri nəzərdə tutulur.("Fatir”, 14. )
Bildirişlər
1. Hidayətin mərhələ və dərəcələri var.
2. Saleh əməllər Allah yanında qorunur.
3. Yaxşı işlər üçün tovfiq (yardım) ilahi hidayət sayəsində əldə olunur.
4. Allahın Öz Peyğəmbərinə (s) xüsusi diqqəti var.
5. Mükafat və cəza ilahi rübubiyyət şənindəndir.
6. Yaxşı iş xoş aqibət rəmzidir.

Tez-tez Verilən Suallar

Məryəm surəsi 76-cı ayə haqqında suallar və cavablar

Məryəm surəsinin 76-cı ayəsi nə haqqındadır?
Allah doğru yola yönəldilmiş kəslərin hidayətini artırır və əbədi yaxşılıqlar (haqq əqidələr, mənəvi fəzilətlər və saleh əməllər) Rəbbinin yanında (axirət) mükafat(ı) və nəticə baxımından daha yaxşıdır.
Məryəm surəsi 76-cı ayə hansı surədə yerləşir?
Məryəm surəsi Quran-ı Kərimin 19-ci surəsidir. Bu surə Məkkəvi surədir və 76-cı ayə Məryəm surəsinin tərkib hissəsidir.
Məryəm surəsi 76-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Məryəm surəsinin 76-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Məryəm surəsi 76-cı ayənin təfsiri nədir?
"Allah hidayət olanların (doğru yolu tutanların) hidayətini artırar. Rəbbinin yanında davamlı yaxşılıqların savabı daha üstün və xoş aqibətdir.”Nöqtələr"Mərədd” dedikdə aqibət və mənfəət mənaları anlaşılır. "Səvab” sözü əməlin əvəzi mənasını bildirir. Bu əvəz xeyir və şər ola bilər. Amma adətən xeyir mənasında işlədilir.(Təfsire-Qummi”, c. 2, s. 53. )Ötən ayədə oxuduq ki, azğınlar daha çox azğınlığa uğrayar. Bu ayədə isə doğru yol tutanların daha çox hidayət və nuraniyyətə çatması bildirilir.Bəz...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.