Məryəm surəsi · 74-cü ayə

Biz onlardan qabaqkı dövrlərin var-dövlət və (yaşayış) ləvazımat(ı), təmtəraq və mənzərələrin gözəlliyi baxımından bunlardan daha yaxşı olan neçə-neçə nəsillərini məhv etdik.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Məryəm surəsi / ayə 74
MÖHSÜN QƏRAƏTİ 05.04.2026
"Biz onlardan öncə onlardan daha varlı və daha gözəl görünən bir çox nəsilləri məhv etdik.”

Nöqtələr
"Əsas” sözü dünyəvi imkanlar və rifah mənasını bildirir. Xoş görünüşlü, baxmalı mənzərələrə "riya” deyilir. "Qərn” dedikdə eyni bir dövrdə yaşamış insanlar nəzərdə tutulur.
Bildirişlər
1. Zalım güclərin və kafirlərin süqut tarixi insan üçün elm və ibrət mənbələrindəndir. (Tarix ardıcıl düzümlü bir məcmuədir və qədim tarixdən gələcək üçün ibrət götürmək olar.)
2. Məhv edilmiş kafirlər və zalım güclər az olmamışdır.
3. Tarixi hadisələr Allah tərəfindən müəyyənləşdirilmiş qanunlar əsasında baş verir.
4. Maddi imkanlar və rifah nə xoşbəxtlik göstəricisidir, nə də Allahın qəzəbinin qarşısını ala bilir.
5. Rifah və maddi imkanlar qürur, qəflət, tüğyan və nəhayətdə həlak olma amilidir.

Tez-tez Verilən Suallar

Məryəm surəsi 74-cü ayə haqqında suallar və cavablar

Məryəm surəsinin 74-cü ayəsi nə haqqındadır?
Biz onlardan qabaqkı dövrlərin var-dövlət və (yaşayış) ləvazımat(ı), təmtəraq və mənzərələrin gözəlliyi baxımından bunlardan daha yaxşı olan neçə-neçə nəsillərini məhv etdik.
Məryəm surəsi 74-cü ayə hansı surədə yerləşir?
Məryəm surəsi Quran-ı Kərimin 19-ci surəsidir. Bu surə Məkkəvi surədir və 74-cü ayə Məryəm surəsinin tərkib hissəsidir.
Məryəm surəsi 74-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Məryəm surəsinin 74-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Məryəm surəsi 74-cü ayənin təfsiri nədir?
"Biz onlardan öncə onlardan daha varlı və daha gözəl görünən bir çox nəsilləri məhv etdik.”Nöqtələr"Əsas” sözü dünyəvi imkanlar və rifah mənasını bildirir. Xoş görünüşlü, baxmalı mənzərələrə "riya” deyilir. "Qərn” dedikdə eyni bir dövrdə yaşamış insanlar nəzərdə tutulur.Bildirişlər1. Zalım güclərin və kafirlərin süqut tarixi insan üçün elm və ibrət mənbələrindəndir. (Tarix ardıcıl düzümlü bir məcmuədir və qədim tarixdən gələcək üçün ibrət götürmək olar.)2. Məhv edilmiş kafirlər və zalım güclər a...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.