Məryəm surəsi · 71-ci ayə

Sizdən (insanlardan) Cəhənnəmə girmək astanasında olmayan və ya ona daxil olmayan bir kəs yoxdur. Bu iş sənin Rəbbinin öhdəsində qəti və (Onun əzəli istəyinə əsasən) labüddür.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Məryəm surəsi / ayə 71
MÖHSÜN QƏRAƏTİ 05.04.2026
"Sizlərdən cəhənnəmə daxil olmayan kəs yoxdur. Bu, Rəbbin tərəfindən olan qəti bir hökmdür.”

Nöqtələr
"Təfsire-Təbəri”də yazılır: Bir gün Abdullah ibn Rəvahə xəstə halda ağlayırdı. Zövcəsi də ona qoşulmuşdu. Abdullah soruşdu: "Sən nə üçün ağlayırsan?” Zövcəsi dedi: "Sən ağladığın üçün.” Abdullah dedi: "Məni ağladan Allah-təalanın” hamınız cəhənnəmə daxil olarsınız” buyruğudur. Mən bilmirəm ki, oraya düşdükdən sonra xilas olacağam, yoxsa yox?”
Bu ayə Sirata aid ayə və rəvayətlərlə yanaşı mənalandırılmalıdır. Sirat cəhənnəm üzərindən salınmış körpüdür. Kimi asta, kimi iti - bütün insanlar bu körpüdən keçəsidirlər. Həmin vaxt bəziləri cəhənnəmə düşəsidir.
Həzrət Peyğəmbər (s) buyurur: "Qiyamət günü bütün insanlar cəhənnəmə daxil olar. Amma cəhənnəmin odu möminlərə zərər toxundurmaz. Necə ki, od həzrət İbrahimə təsirsiz idi.” Hamının cəhənnəmə daxil olacağını bildirən ayə ilə möminlərin cəhənnəmdən uzaq olduğunu bildirən ayələr arasında ziddiyyət yoxdur.(Təfsire-nurus-səqəleyn”. ) Çünki cəhənnəmə daxil olan möminlərə Allahın lütfü sayəsində od zərər vurmaz.
Düşünmək olar ki, giriş dedikdə cəhənnəmə daxil olmaq yox, ötüb keçmək nəzərdə tutulmuşdur. Həzrət Musa haqqında deyilir: "Mədyən suyunun kənarına varid oldu.” Amma Musa suya daxil olmadı. (İmam Sadiq (ə) buyurur: "Əgər bir şəxs filan tayfanın suyuna varid oldu” deyirsə, suya daxil olmaq yox, suya çatmaq nəzərdə tutulur.("Təfsire-kəbire-Fəxr Razi”. )
Ayədə "sizlərdən” deyərkən, ötən ayədə haqqında danışılan şeytanın tərəfdarları nəzərdə tutulur. Nicat tapan müttəqilər küfr və şirkdən nicat tapanlardır. Yəni şeytanın bütün havadarları cəhənnəmə daxil olsa da, kafirlər və müşriklər orada qalar, şirk və küfrə batmamış günahkarlar isə nəhayət cəhənnəmdən qurtularlar.
Bildirişlər
1. Qiyamət və onun mərhələləri hesablanmış və dəqiqdir.
2. Allahın qəti və labüd sünnələri və proqramları var.

Tez-tez Verilən Suallar

Məryəm surəsi 71-ci ayə haqqında suallar və cavablar

Məryəm surəsinin 71-ci ayəsi nə haqqındadır?
Sizdən (insanlardan) Cəhənnəmə girmək astanasında olmayan və ya ona daxil olmayan bir kəs yoxdur. Bu iş sənin Rəbbinin öhdəsində qəti və (Onun əzəli istəyinə əsasən) labüddür.
Məryəm surəsi 71-ci ayə hansı surədə yerləşir?
Məryəm surəsi Quran-ı Kərimin 19-ci surəsidir. Bu surə Məkkəvi surədir və 71-ci ayə Məryəm surəsinin tərkib hissəsidir.
Məryəm surəsi 71-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Məryəm surəsinin 71-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Məryəm surəsi 71-ci ayənin təfsiri nədir?
"Sizlərdən cəhənnəmə daxil olmayan kəs yoxdur. Bu, Rəbbin tərəfindən olan qəti bir hökmdür.”Nöqtələr"Təfsire-Təbəri”də yazılır: Bir gün Abdullah ibn Rəvahə xəstə halda ağlayırdı. Zövcəsi də ona qoşulmuşdu. Abdullah soruşdu: "Sən nə üçün ağlayırsan?” Zövcəsi dedi: "Sən ağladığın üçün.” Abdullah dedi: "Məni ağladan Allah-təalanın” hamınız cəhənnəmə daxil olarsınız” buyruğudur. Mən bilmirəm ki, oraya düşdükdən sonra xilas olacağam, yoxsa yox?”Bu ayə Sirata aid ayə və rəvayətlərlə yanaşı mənalandırı...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.