Məryəm surəsi · 70-cu ayə

Sonra Cəhənnəm əzabını dadmağa və onda yanmağa daha layiq olanların halını (onların Cəhənnəmə düşmələrinin səbəbini və yanmalarının necəliyini) Biz daha yaxşı bilirik.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Məryəm surəsi / ayə 70
MÖHSÜN QƏRAƏTİ 05.04.2026
"Həmin vaxt onlardan cəhənnəmdə yanmağa kimin daha çox layiq olduğunu bilərik.”

Nöqtələr
"Şiə” sözü həm bir şəxsə ardıcıllar, həm də eyni bir əqidə ətrafında toplananlar mənasını bildirir. "İtiyya” sözü asilik, azğınlıq mənasını ifadə edir. "Siliyya” dedikdə isə od qalamaq, odda yandırmaq və oda salmaq mənaları nəzərdə tutulur.
Bildirişlər
1. Günahkarlar qiyamətdə seçilib dəstələrə ayrılar. (Rəhman Allah qarşısında daha çox tüğyan qoparanlar daha şiddətli əzab görərlər.)
2. Günahkarlar (xilafkarlar) üç zümrədir: şəxsən günah edənlər, başqalarının günah işinə vasitə olanlar, ətrafdakıların günahı ilə razılaşanlar. Aydın məsələdir ki, hər üç zümrənin günah və cəzası fərqlidir.
3. Bütün rəhmətlər Allahdan qaynaqlansa da, insan Allah qarşısında tüğyan qoparır.
4. Cəhənnəm əzabı hesablı və dəqiq nizama malikdir. Bu dəqiqlik və seçimə Allahın elmi zamindir.
5. Cəhənnəmin müxtəlif təbəqələri var. Günahın böyük-kiçikliyindən asılı olaraq, cəzalar fərqlənir və Allah hər bir cəza mərtəbəsindən xəbərdardır.

Tez-tez Verilən Suallar

Məryəm surəsi 70-cu ayə haqqında suallar və cavablar

Məryəm surəsinin 70-cu ayəsi nə haqqındadır?
Sonra Cəhənnəm əzabını dadmağa və onda yanmağa daha layiq olanların halını (onların Cəhənnəmə düşmələrinin səbəbini və yanmalarının necəliyini) Biz daha yaxşı bilirik.
Məryəm surəsi 70-cu ayə hansı surədə yerləşir?
Məryəm surəsi Quran-ı Kərimin 19-ci surəsidir. Bu surə Məkkəvi surədir və 70-cu ayə Məryəm surəsinin tərkib hissəsidir.
Məryəm surəsi 70-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Məryəm surəsinin 70-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Məryəm surəsi 70-cu ayənin təfsiri nədir?
"Həmin vaxt onlardan cəhənnəmdə yanmağa kimin daha çox layiq olduğunu bilərik.”Nöqtələr"Şiə” sözü həm bir şəxsə ardıcıllar, həm də eyni bir əqidə ətrafında toplananlar mənasını bildirir. "İtiyya” sözü asilik, azğınlıq mənasını ifadə edir. "Siliyya” dedikdə isə od qalamaq, odda yandırmaq və oda salmaq mənaları nəzərdə tutulur.Bildirişlər1. Günahkarlar qiyamətdə seçilib dəstələrə ayrılar. (Rəhman Allah qarşısında daha çox tüğyan qoparanlar daha şiddətli əzab görərlər.)2. Günahkarlar (xilafkarlar) ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.