Məryəm surəsi · 68-ci ayə

Buna görə də and olsun Rəbbinə ki, şübhəsiz, onları şeytanları ilə (birlikdə Məhşər səhnəsinə) toplayacaq, sonra isə (əzabın çoxluğundan) diz çökdükləri halda dəstə-dəstə Cəhənnəmin dövrəsinə gətirəcəyik.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Məryəm surəsi / ayə 68
MÖHSÜN QƏRAƏTİ 05.04.2026
"And olsun Rəbbinə, Biz onların hamısını şeytanlarla birlikdə (qiyamətdə) səhnəyə gətirəcəyik. Sonra onları diz çökmüş halda cəhənnəm ətrafına düzəcəyik.”

Nöqtələr
"Cisiyya” sözü ya "casi” sözündən olub, mühakimə üçün diz çökmüş şəxs və ya "cəsvə” sözündən olub dar, sıxılmış torpaq mənasını bildirir. Bu, ən pis oturuş növüdür.
Allah-təala Quranın bir çox yerlərində Öz məxluqlarına, qiyamətlə bağlı isə Öz müqəddəs zatına and içmişdir.(Təfsire-nurus-səqəleyn”. )
Bildirişlər
1. Qiyamətlə bağlı xəbərdarlıqlara ciddi yanaşaq. Qiyamət mühakiməsi labüd bir hadisədir.
2. Allah məadı qəbul etməyən kafirlər qarşısında Öz peyğəmbərinə təsəlli verir.
3. Küfrə uğramaqda şeytan insana çiyin yoldaşıdır. (İnsanların şeytanlarla birlikdə qiyamət səhnəsinə gətirilməsi onların eyni cür düşünüb, həmkarlıq etmələridir.)
4. Cəhənnəm kənarında dayanış cəhənnəm cəzasından fərqli bir işgəncədir.
5. Qiyamətdə azğınlar çox ağır vəziyyətdə olar. Cəhənnəm ətrafında şeytanlarla birlikdə diz çökmüş, zəlil vəziyyətdə dayanmaq ağır işgəncədir.

Tez-tez Verilən Suallar

Məryəm surəsi 68-ci ayə haqqında suallar və cavablar

Məryəm surəsinin 68-ci ayəsi nə haqqındadır?
Buna görə də and olsun Rəbbinə ki, şübhəsiz, onları şeytanları ilə (birlikdə Məhşər səhnəsinə) toplayacaq, sonra isə (əzabın çoxluğundan) diz çökdükləri halda dəstə-dəstə Cəhənnəmin dövrəsinə gətirəcəyik.
Məryəm surəsi 68-ci ayə hansı surədə yerləşir?
Məryəm surəsi Quran-ı Kərimin 19-ci surəsidir. Bu surə Məkkəvi surədir və 68-ci ayə Məryəm surəsinin tərkib hissəsidir.
Məryəm surəsi 68-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Məryəm surəsinin 68-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Məryəm surəsi 68-ci ayənin təfsiri nədir?
"And olsun Rəbbinə, Biz onların hamısını şeytanlarla birlikdə (qiyamətdə) səhnəyə gətirəcəyik. Sonra onları diz çökmüş halda cəhənnəm ətrafına düzəcəyik.”Nöqtələr"Cisiyya” sözü ya "casi” sözündən olub, mühakimə üçün diz çökmüş şəxs və ya "cəsvə” sözündən olub dar, sıxılmış torpaq mənasını bildirir. Bu, ən pis oturuş növüdür.Allah-təala Quranın bir çox yerlərində Öz məxluqlarına, qiyamətlə bağlı isə Öz müqəddəs zatına and içmişdir.(Təfsire-nurus-səqəleyn”. )Bildirişlər1. Qiyamətlə bağlı xəbərdarl...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.