Məryəm surəsi · 67-ci ayə

Məgər (bu) insan onu bundan qabaq həqiqətən (heç) bir şey olmadığı halda yaratmağımızı xatırlamır?

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Məryəm surəsi / ayə 67
MÖHSÜN QƏRAƏTİ 05.04.2026
"Görən insan heç nə olmadığı bir halda bundan öncə onu yaratdığımızı yada salmırmı?!”

Nöqtələr
Bu ayə "Yasin” surəsinin 78, 79-cu ayələrinə bənzəyir. Uyğun ayələrdə bildirilir ki, bir şəxs çürüyüb ovulmuş sümükləri Peyğəmbərin (s) yanına gətirib onunla mübahisəyə başladı və dedi: "Çürümüş sümükləri kim dirildə bilər?” Bu şəxsə cavab olaraq Allah buyurdu: ”(Ey peyğəmbər,) de ki, onu öncə yaradan kəs ölümdən sonra da dirildər. O, hər şeyi bilir.”
İmam Sadiqdən (ə) "bir şey olmadığı halda” ifadəsi haqqında soruşulduqda həzrət buyurur: "Yəni təqdir (yazı) və təkvin (yaranış) mərhələsində heç nə idi.” İmam rəvayətçinin növbəti sualı ilə bağlı buyurur: "Yəni təqdir olmuşdu, amma adı çəkilmirdi.”("Təfsire-ətyəbul-bəyan”. ) Demək, bu iki ayədə insanın yaranışdan öncəki iki mərhələsi haqqında danışılır.
Digər bir hədisdə İmam Baqir (ə) "Bundan öncə” təbiri ilə bağlı buyurur: "Nə kitabda, nə elmdə onun haqqında bir söz yox idi.”("Ənbiya”, 101; "Nəhl”, 89; "Ənbiya”, 102.)
Bildirişlər
1. Məada inamsızlıq günaha don geyindirmək və ibadətdən qaçmaq üçün bir yoldur.
2. Ölümdən sonrakı həyata inamsız yanaşmaq və insanların yenidən diriləcəyinə şəkk bir dövr və ya bir qrupa aid hadisə deyil.
3. Məad cismanidir. Yəni insanın cismi torpaqdan xaric olunar.
4. Məad məcburidir. Yəni bu iş insanın istəyindən asılı deyil.
5. İlkin yaranış məlum olduğu halda məada şübhəli baxış təəccüb doğurur.
6. Məadın–ölümdən sonrakı həyatın qəbul olunması üçün bir nöqtəyə diqqət bəs edər: İnsan öncə yox idi, sonradan xəlq olundu.
7. Məadı inkar edənlərin heç bir dəlili yoxdur. Onlar sadəcə qiyaməti mümkünsüz sayırlar. Quran isə bu mövzu ilə bağlı dəlillərə istinad edir.
8. İnsanın heçdən yaradılması onun ölümdən sonra çürümüş sümüklərdən yaradılmasından daha çətin görünür.

Tez-tez Verilən Suallar

Məryəm surəsi 67-ci ayə haqqında suallar və cavablar

Məryəm surəsinin 67-ci ayəsi nə haqqındadır?
Məgər (bu) insan onu bundan qabaq həqiqətən (heç) bir şey olmadığı halda yaratmağımızı xatırlamır?
Məryəm surəsi 67-ci ayə hansı surədə yerləşir?
Məryəm surəsi Quran-ı Kərimin 19-ci surəsidir. Bu surə Məkkəvi surədir və 67-ci ayə Məryəm surəsinin tərkib hissəsidir.
Məryəm surəsi 67-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Məryəm surəsinin 67-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Məryəm surəsi 67-ci ayənin təfsiri nədir?
"Görən insan heç nə olmadığı bir halda bundan öncə onu yaratdığımızı yada salmırmı?!”NöqtələrBu ayə "Yasin” surəsinin 78, 79-cu ayələrinə bənzəyir. Uyğun ayələrdə bildirilir ki, bir şəxs çürüyüb ovulmuş sümükləri Peyğəmbərin (s) yanına gətirib onunla mübahisəyə başladı və dedi: "Çürümüş sümükləri kim dirildə bilər?” Bu şəxsə cavab olaraq Allah buyurdu: ”(Ey peyğəmbər,) de ki, onu öncə yaradan kəs ölümdən sonra da dirildər. O, hər şeyi bilir.”İmam Sadiqdən (ə) "bir şey olmadığı halda” ifadəsi haq...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.