Məryəm surəsi · 5-ci ayə

Mən özümdən sonra əmim uşaqlarından (onların mənim üçün pis canişin olacaqlarından) qorxuram və zövcəm də əvvəldən qısır olub. Buna görə də mənə Öz dərgahından varis olacaq bir övlad əta et.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Məryəm surəsi / ayə 5
MÖHSÜN QƏRAƏTİ 27.03.2026
"Həqiqətən, mən özümdən sonra yaxınlarıma görə qorxuram. Zövcəm sonsuzdur, Öz tərəfindən mənə bir canişin əta et.”
Nöqtələr
Sonsuz kişi və ya qadın "aqir” adlanır. "İştial” dedikdə odun şölələnib yayılması nəzərdə tutulur. "Vəş təələr-rəsu”, yəni başımda tüklərin ağlığı alov tək şölələnib yayılmışdır.
"Ali-İmran”, surəsinin 38-ci ayəsində Zəkəriyyanın Allahdan pak bir övlad istəməsi nəql olunur. Həmin ayədən məlum olur ki, bu ayədə "vəliyyən” deyərkən öz atasına canişin olacaq saleh övlad nəzərdə tutulur.
Bəzən duada Allahla bəndə arasındakı rabitə o qədər sıx olur ki, "ya Rəbb” əvəzinə sadəcə "Rəbbi” deyə müraciət olunur.(Bax: "Ğafir”, 53. "Nəml”, 16.)
İmam Sadiq (ə) buyurur: "Zəkəriyya əmisi və əmioğlanlarına görə nigaran idi.”("Təfsire-kəbire-Fəxr Razi”)
Bildirişlər
1. Duada "Rəbbi” sözündən faydalanaraq, öz zəifliklərimizi sadalayaq, Allahın nemət və lütflərini zikr edək. Yalnız bundan sonra istəyimizi dilə gətirək.
2. Sümüklər insan bədəninin sütunlarıdır. Sümüklər zəiflədikdə bütün bədən zəifləyir.
3. Mömin heç vaxt Allahın rəhmətindən ümidini üzmür. (Zəkəriyya pir çağında Allahdan övlad istəyir.)
4. Ümidsiz insan bədbəxtdir. Amma ilahi insanlar ən çətin şəraitdə də ümidlərini itirmirlər.
5. İlahi insanlar varisin pisliyindən qorxurlar.
6. İlahi dünya görüşündə Allahın iradəsi təbii amillərə hakimdir.
7. Allah insanın istəklərini bilsə də, dua və yalvarışda ruhi aramlıq, təvazö, bəndəlik, Allaha həmd-səna kimi bərəkətlər var.
8. Övlad Allah tərəfindən bir hədiyyədir.
9. Ümidinizi itirib sonsuz arvadı rədd etməyin.
10. Əbədilik istəyi bəşəriyyətin fitrətindədir. İnsan unudulmaqdan, nəslinin kəsilməsindən nigarançılıq duyur.
11. İnsanın nigarançılıqlarından biri onun sonsuzluğudursa da, Allahın övliyaları övladı daha çox mənəvi məqsədlərin davamı üçün istəmişlər.

Tez-tez Verilən Suallar

Məryəm surəsi 5-ci ayə haqqında suallar və cavablar

Məryəm surəsinin 5-ci ayəsi nə haqqındadır?
Mən özümdən sonra əmim uşaqlarından (onların mənim üçün pis canişin olacaqlarından) qorxuram və zövcəm də əvvəldən qısır olub. Buna görə də mənə Öz dərgahından varis olacaq bir övlad əta et.
Məryəm surəsi 5-ci ayə hansı surədə yerləşir?
Məryəm surəsi Quran-ı Kərimin 19-ci surəsidir. Bu surə Məkkəvi surədir və 5-ci ayə Məryəm surəsinin tərkib hissəsidir.
Məryəm surəsi 5-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Məryəm surəsinin 5-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Məryəm surəsi 5-ci ayənin təfsiri nədir?
"Həqiqətən, mən özümdən sonra yaxınlarıma görə qorxuram. Zövcəm sonsuzdur, Öz tərəfindən mənə bir canişin əta et.”NöqtələrSonsuz kişi və ya qadın "aqir” adlanır. "İştial” dedikdə odun şölələnib yayılması nəzərdə tutulur. "Vəş təələr-rəsu”, yəni başımda tüklərin ağlığı alov tək şölələnib yayılmışdır."Ali-İmran”, surəsinin 38-ci ayəsində Zəkəriyyanın Allahdan pak bir övlad istəməsi nəql olunur. Həmin ayədən məlum olur ki, bu ayədə "vəliyyən” deyərkən öz atasına canişin olacaq saleh övlad nəzərdə t...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.