Məryəm surəsi · 47-ci ayə

(İbrahim onun bu hədə-qorxusuna yumşaq cavab verərək) dedi: Salam olsun sənə. Mən tezliklə öz Rəbbimdən sənin bağışlanmağını istəyəcəyəm. Çünki O, mənə qarşı həmişə mehriban və çox xeyirxahdır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Məryəm surəsi / ayə 47
MÖHSÜN QƏRAƏTİ 05.04.2026
"(İbrahim ondan ayrıldı,) dedi: «Salam olsun sənə, tezliklə Rəbbimdən sənin üçün bağışlanma diləyərəm. Çünki O mənə daim mehriban olmuşdur.»”

Nöqtələr
"Həfiyy” dedikdə bir başqasına xeyirxah və onu əziz tutan kəs nəzərdə tutulur. Bu söz bəzən alim mənasında da işlədilir.
Bu ayələrdə söhbətlər əsnasında mömin və kafirin ruhiyyəsi çox yaxşı müşahidə olunur:
a) İbrahim məhəbbətlə, onun əmisi qəzəblə danışır. İbrahim 4 dəfə "ey ata” deyə müraciət etdiyi halda, əmisi bir dəfə olsun "ey oğlum” deyə sözə başlamır.
b) İbrahim dəlillərlə danışır, əmisi Azər isə əsassız sözlər deyir.
v) İbrahim canıyananlıqla danışır, Azər ona hədələməklə cavab verir.
q) İbrahim salam verir, Azər ona uzaqlaşmaq göstərişi verir.
Əskik olma kölgə salan ağacdan,
Bəhrələnir budağına daş atan.
Həzrət İbrahim əmisinin doğru yola gələcəyinə ümid etdiyindən onun bağışlanmasını diləyirdi. Amma elə ki, əmisinin hidayətindən ümidini üzdü, ona arxa çevirdi.(Təfsire-Əl-mizan”.)
Bildirişlər
1. İlahi insanlar başqalarının hədə və təhqirləri qarşısında səbirli və qəlbi genişdirlər.
2. Başqalarının qəzəb alovunu gözəl və aram danışıqla söndürməyə çalışaq.
3. Peyğəmbər və övliyaların bağışlanma diləyinin xüsusi təsirləri var.
4. Üzrxahlığı qəbul etmək rübubiyyət şənindəndir.
5. Bağışlanma diləmək üçün müəyyən vaxtların üstünlüyü var. Yəni münasib vaxtlarda dua etməliyik.
6. Allahın rübubiyyətinə diqqət dua qaydalarındandır.
7. Müxaliflərin hədələri qarşısında Allahın lütflərini yada salaq.

Tez-tez Verilən Suallar

Məryəm surəsi 47-ci ayə haqqında suallar və cavablar

Məryəm surəsinin 47-ci ayəsi nə haqqındadır?
(İbrahim onun bu hədə-qorxusuna yumşaq cavab verərək) dedi: Salam olsun sənə. Mən tezliklə öz Rəbbimdən sənin bağışlanmağını istəyəcəyəm. Çünki O, mənə qarşı həmişə mehriban və çox xeyirxahdır.
Məryəm surəsi 47-ci ayə hansı surədə yerləşir?
Məryəm surəsi Quran-ı Kərimin 19-ci surəsidir. Bu surə Məkkəvi surədir və 47-ci ayə Məryəm surəsinin tərkib hissəsidir.
Məryəm surəsi 47-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Məryəm surəsinin 47-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Məryəm surəsi 47-ci ayənin təfsiri nədir?
"(İbrahim ondan ayrıldı,) dedi: «Salam olsun sənə, tezliklə Rəbbimdən sənin üçün bağışlanma diləyərəm. Çünki O mənə daim mehriban olmuşdur.»”Nöqtələr"Həfiyy” dedikdə bir başqasına xeyirxah və onu əziz tutan kəs nəzərdə tutulur. Bu söz bəzən alim mənasında da işlədilir.Bu ayələrdə söhbətlər əsnasında mömin və kafirin ruhiyyəsi çox yaxşı müşahidə olunur:a) İbrahim məhəbbətlə, onun əmisi qəzəblə danışır. İbrahim 4 dəfə "ey ata” deyə müraciət etdiyi halda, əmisi bir dəfə olsun "ey oğlum” deyə sözə b...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.