Məryəm surəsi · 42-ci ayə

O zaman(ı) ki, öz atasına (onun başçısı olan əmisi Azərə) dedi: Ey ata, nə üçün eşitməyən, görməyən və səndən heç bir bəlanı dəf etməyən bir şeyə (bütlərə) ibadət edirsən?!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Məryəm surəsi / ayə 42
MÖHSÜN QƏRAƏTİ 05.04.2026
"O (İbrahim), atasına dedi: «Ey ata! Nə üçün eşidib görməyən və sənin heç bir ehtiyacını ödəməyən bir şeyə pərəstiş edirsən?»”

Nöqtələr
Həzrət İbrahimin ana-atası dünyasını dəyişmişdi. Quranda İbrahimin atası kimi tanıtdırılan şəxs onu himayəsinə götürmüş əmisi Azər və ya anasının əri idi.("Tövbə”, 114)
Əhli-beyt rəvayətlərində də bildirilir ki, həzrət İbrahimin atası tək Allaha inanırdı və ayədə "əb” dedikdə onun əmisi nəzərdə tutulmuşdur.
Ərəb dilində "əb” sözünün geniş mənası var. Bu söz müəllim, tərbiyəçi, hətta qayınataya da aid edilə bilər. Həzrət Peyğəmbərdən (s) nəql olunmuş bir rəvayətdə buyurulur: "Mən və Əli bu ümmətin atalarıyıq.”("Bəqərə”, 256. )
Bildirişlər
1. İbrahimin öz əmisi ilə söhbətləri xatırlanası və dəyərləndiriləsi söhbətlərdir.
2. Pisliyə qadağa qoyarkən öz yaxınlarımızdan başlayaq.
3. Nəhy əz münkərdə yaş məhdudiyyəti yoxdur. (Oğul ehtiramı gözləməklə ailə başçısını pislikdən çəkindirə bilər.)
4. İnsanların kamilliyi onların yaşından asılı deyil. Bəzən övlad evdəki böyüklərdən daha anlaqlı olur.
5. Təlim-tərbiyə ümumi olmaya da bilər. Bəzən fərdin özünə nə isə demək lazım gəlir.
6. Nəhy əz münkər zamanı, pisliyə qadağa qoyarkən suallar ünvanlamaqla insanların vicdanını mühakiməyə çəkək.
7. Nəhy əz münkərə etiqadi məsələlərdən başlayaq. (Təəssüf ki, biz, adətən, əxlaqi və ictimai büdrəmələrə daha çox vaxt ayırırıq).
8. Haqq yolu hisslərə fəda etməyə, qohumluq bağlılığı nəhy əz münkərə mane olmamalıdır.
9. Bütpərəstlik mələkpərəstlikdən, insanpərəstlikdən, inəkpərəstlikdən də pisdir. Çünki bütlər görüb eşitmir, heç bir şüura malik deyil.

Tez-tez Verilən Suallar

Məryəm surəsi 42-ci ayə haqqında suallar və cavablar

Məryəm surəsinin 42-ci ayəsi nə haqqındadır?
O zaman(ı) ki, öz atasına (onun başçısı olan əmisi Azərə) dedi: Ey ata, nə üçün eşitməyən, görməyən və səndən heç bir bəlanı dəf etməyən bir şeyə (bütlərə) ibadət edirsən?!
Məryəm surəsi 42-ci ayə hansı surədə yerləşir?
Məryəm surəsi Quran-ı Kərimin 19-ci surəsidir. Bu surə Məkkəvi surədir və 42-ci ayə Məryəm surəsinin tərkib hissəsidir.
Məryəm surəsi 42-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Məryəm surəsinin 42-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Məryəm surəsi 42-ci ayənin təfsiri nədir?
"O (İbrahim), atasına dedi: «Ey ata! Nə üçün eşidib görməyən və sənin heç bir ehtiyacını ödəməyən bir şeyə pərəstiş edirsən?»”NöqtələrHəzrət İbrahimin ana-atası dünyasını dəyişmişdi. Quranda İbrahimin atası kimi tanıtdırılan şəxs onu himayəsinə götürmüş əmisi Azər və ya anasının əri idi.("Tövbə”, 114)Əhli-beyt rəvayətlərində də bildirilir ki, həzrət İbrahimin atası tək Allaha inanırdı və ayədə "əb” dedikdə onun əmisi nəzərdə tutulmuşdur.Ərəb dilində "əb” sözünün geniş mənası var. Bu söz müəllim,...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.