Məryəm surəsi · 26-cı ayə

Beləliklə (həmin meyvədən) ye və (həmin çeşmədən) iç və (yeni doğulmuş uşağa görə) gözün aydın olsun. Camaatdan kimisə görsən (işarə ilə ona) «həqiqətən mən Rəhman olan Allah üçün (sükut) oruc (u) nəzir etmişəm, buna görə də bu gün bir insanla danşmayacağam» de.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Məryəm surəsi / ayə 26
MÖHSÜN QƏRAƏTİ 05.04.2026
"(Xurmadan) ye, (arxın suyundan) iç və (İsa kimi övlada görə) gözün aydın olsun. Bir adam görsən (körpə haqında soruşsa, ona işarə ilə) de ki, mən Rəhman Allah üçün sükut orucu nəzir etmişəm, buna görə də bu gün kimsə ilə danışmayacağam.”

Nöqtələr
Həzrət Məryəmin sükut orucunun səbəbi ya qarşı tərəfin cavab üçün tutumsuzluğu, ya onlarla danışığın mənfi təsirə malik olması, ya da veriləcək cavabdan sonra onların gətirəcəyi müxtəlif bəhanələr idi.
İmam Sadiq (ə) buyurur: "Oruc təkcə yemək və içməkdən çəkinmək deyil.” Sonra imam bu ayəni tilavət etdi.”(Təfsire-kənzud-dəqaiq”.)
Bu ayə həzrət İsanın ötən ayədə anası ilə söhbətinin davamı da ola bilər.
Bildirişlər
1. Övlad gözün nuru, insanın ilahi lütfə ümidvarlığı üçün amildir.
2. Ən yaxşı qida aramlıq və şadlıqla yanaşı olan qidadır.
3. Nəzirin yetərincə uzun keçmişi var. Bəzi çətinliklərdən çıxmaq üçün insan nəzirdən faydalana bilər.
4. Nəzirdə qürbət (Allaha yaxınlıq) məqsədi olmalıdır. Və Allahın adı çəkilməlidir.
5. Allaha yaxınlıq məqsədinin çətinliklərdən qurtuluş məqsədi ilə ziddiyyəti yoxdur.
6. İnsan öhdəsinə götürdüyü nəziri yerinə yetirməyə borcludur.
7. Bəzən insanların sözü qarşısında susmaq lazım gəlir.

Tez-tez Verilən Suallar

Məryəm surəsi 26-cı ayə haqqında suallar və cavablar

Məryəm surəsinin 26-cı ayəsi nə haqqındadır?
Beləliklə (həmin meyvədən) ye və (həmin çeşmədən) iç və (yeni doğulmuş uşağa görə) gözün aydın olsun. Camaatdan kimisə görsən (işarə ilə ona) «həqiqətən mən Rəhman olan Allah üçün (sükut) oruc (u) nəzir etmişəm, buna görə də bu gün bir insanla danşmayacağam» de.
Məryəm surəsi 26-cı ayə hansı surədə yerləşir?
Məryəm surəsi Quran-ı Kərimin 19-ci surəsidir. Bu surə Məkkəvi surədir və 26-cı ayə Məryəm surəsinin tərkib hissəsidir.
Məryəm surəsi 26-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Məryəm surəsinin 26-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Məryəm surəsi 26-cı ayənin təfsiri nədir?
"(Xurmadan) ye, (arxın suyundan) iç və (İsa kimi övlada görə) gözün aydın olsun. Bir adam görsən (körpə haqında soruşsa, ona işarə ilə) de ki, mən Rəhman Allah üçün sükut orucu nəzir etmişəm, buna görə də bu gün kimsə ilə danışmayacağam.”NöqtələrHəzrət Məryəmin sükut orucunun səbəbi ya qarşı tərəfin cavab üçün tutumsuzluğu, ya onlarla danışığın mənfi təsirə malik olması, ya da veriləcək cavabdan sonra onların gətirəcəyi müxtəlif bəhanələr idi.İmam Sadiq (ə) buyurur: "Oruc təkcə yemək və içməkdən...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.