Məryəm surəsi · 25-ci ayə

Və xurma ağacını özünə tərəf silkələ ki, sənin üçün təzə yığılmış xurma tökülsün.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Məryəm surəsi / ayə 25
MÖHSÜN QƏRAƏTİ 05.04.2026
"Bu xurmanın budağını özünə doğru tərpət, üstünə təzə xurma tökülsün.”

Nöqtələr
"Səriyya” dedikdə kiçik arx mənası anlaşılır. Yetişmiş, dərilmə vaxtı çatan meyvə isə "cəniyya” adlanır.
Bəziləri bildirirlər ki, nida edən Cəbrail olmuşdur. Amma ayələrdəki ardıcıllıqdan belə görünür ki, nida edən İsadır. İsanın sözünü eşidən Məryəm arxayınlıqla xalqa deyə bilərdi ki, mənim paklığımı beşikdəki körpədən soruşun.
Qadınlar doğuş zamanı və doğuşdan sonra aramlığa, münasib su və qidaya ehtiyac duyurlar. Ayədə bütün bunlara işarə olunmuşdur.
Quranda və rəvayətlərdə yenicə doğmuş qadına təzə xurma yemək tövsiyə olunur. Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Yeni doğmuş qadının ilkin qidası xurma olsun.”("Təfsire-nurus-səqəleyn”.)Həzrət Əli (ə) buyurur: "Hamilə qadın üçün ən yaxşı qida təzə xurmadır. Onun üçün xurmadan yaxşı qida yoxdur.”("Təfsire-bürhan”. "Əmaliyi-Murtəza”, c. 4, s. 106. )
Amma siz imtahana bir baxın! Məryəm sağlam olan gün ona səma süfrəsi nazil olur. Hamilə olub kimsəsiz qaldığı vaxt isə qida əldə etmək üçün xurma ağacını silkələməlidir.
Bildirişlər
1. İnsan iztirab keçirdiyi vaxt qeybi ilhamlar ona yol açır.
2. Pak qadın üçün iffətsizlik böhtanının qəmi həddində qəm yoxdur.
3. Hamilə qadın üçün həyəcan və iztirab zərərlidir.
4. İnsan ən çətin şəraitdə də ruzi əldə etmək üçün çalışmalıdır.
5. Aramlıq yeməkdən önəmlidir. İztirab keçirən insan ən üstün qidalara da meyl göstərmir.mlıq yeməkdən önəmlidir. İztirab keçirən insan ən üstün qidalara da meyl göstərmir.

Tez-tez Verilən Suallar

Məryəm surəsi 25-ci ayə haqqında suallar və cavablar

Məryəm surəsinin 25-ci ayəsi nə haqqındadır?
Və xurma ağacını özünə tərəf silkələ ki, sənin üçün təzə yığılmış xurma tökülsün.
Məryəm surəsi 25-ci ayə hansı surədə yerləşir?
Məryəm surəsi Quran-ı Kərimin 19-ci surəsidir. Bu surə Məkkəvi surədir və 25-ci ayə Məryəm surəsinin tərkib hissəsidir.
Məryəm surəsi 25-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Məryəm surəsinin 25-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Məryəm surəsi 25-ci ayənin təfsiri nədir?
"Bu xurmanın budağını özünə doğru tərpət, üstünə təzə xurma tökülsün.”Nöqtələr"Səriyya” dedikdə kiçik arx mənası anlaşılır. Yetişmiş, dərilmə vaxtı çatan meyvə isə "cəniyya” adlanır.Bəziləri bildirirlər ki, nida edən Cəbrail olmuşdur. Amma ayələrdəki ardıcıllıqdan belə görünür ki, nida edən İsadır. İsanın sözünü eşidən Məryəm arxayınlıqla xalqa deyə bilərdi ki, mənim paklığımı beşikdəki körpədən soruşun.Qadınlar doğuş zamanı və doğuşdan sonra aramlığa, münasib su və qidaya ehtiyac duyurlar. Ayəd...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.