Məryəm surəsi · 23-cü ayə

Beləliklə doğuş sancısı onu məcburi şəkildə xurma ağacının quru gövdəsinə tərəf çəkdi. O, (ağrının narahatlığı və rüsvayçılıq qorxusundan) dedi: Ey kaş bundan qabaq öləydim və tamamilə unudulaydım.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Məryəm surəsi / ayə 23
MÖHSÜN QƏRAƏTİ 27.03.2026
"Həmin vaxt doğuş ağrısı onu bir xurma ağacının gövdəsinə doğru çəkdi. (Narahatlıqdan ona söykəndi.) Dedi: «Kaş ki, bundan öncə ölüb yaddan çıxmış olaydım.”
Nöqtələr
İlahi mələk insan qiyafəsində Məryəmə göründü. Ona doğru üfürdü və Məryəm hamilə oldu. Məryəm bəzilərinin böhtanından nigaran olaraq və ya hamilə qadın aramlığa daha çox ehtiyac duyduğundan uzaq bir yerə getdi.
Həmin yer, Məryəmin İsanı dünyaya necə gətirməsi və bu işdən kimin birinci xəbər tutması ilə bağlı təfsirlərdə ətraflı danışılmışdır. Amma Quranda bu barədə məlumat verilmədiyindən biz də uyğun mövzuda danışmamaq qərarına gəlirik. Çünki bu sayaq məlumatların düşüncəmizin inkişafında rolu yoxdur.
Bəzən Allahın ən seçilmiş insanları ən böyük çətinliklərə düçar olmuşlar. Həzrət Məryəmin üzləşdiyi çətinliklərdən bəzilərini nəzərdən keçirək: böhtan və xalqın bədgümanlığı, tənhalıq və qürbətdə hamiləlik, doğuş və istirahət üçün bir yerin olmaması, xurma ağacına sığınmaq, mənfi münasibət və pis baxışlar qarşısında atasız körpəyə himayə.
Bildirişlər
1. Allah təbii vasitə və amillərə hakimdir.
2. İsanın dünyaya gəlişi onun ilk möcüzəsidir.
3. Qeyri-adi və möcüzəli işlərin gerçəkləşməsi ilahi rübubiyyət şənindəndir və insanların tərbiyəsinə xidmət edir.
4. İsanın vücudu rəhmətdir. Varlığı insanlarda Allaha imanı dirildən, işi xalqın hidayəti olan kəs, şübhəsiz, rəhmətdir.
5. Allahın işinə kimsə mane ola bilməz.
6. Bəzən pak insanlar böhtandan yaxa qurtarmaq üçün insanlardan uzaqlaşmalıdırlar.
7. Bəzən xeyir yolların tapılmasında çətinlik rol oynayır.
8. Bəzən insan qəlb sirrini öz ailəsinə də deyə bilmir və ölüm arzulayır.
9. Pis adla yaşamaqdansa ölmək yaxşıdır.

Tez-tez Verilən Suallar

Məryəm surəsi 23-cü ayə haqqında suallar və cavablar

Məryəm surəsinin 23-cü ayəsi nə haqqındadır?
Beləliklə doğuş sancısı onu məcburi şəkildə xurma ağacının quru gövdəsinə tərəf çəkdi. O, (ağrının narahatlığı və rüsvayçılıq qorxusundan) dedi: Ey kaş bundan qabaq öləydim və tamamilə unudulaydım.
Məryəm surəsi 23-cü ayə hansı surədə yerləşir?
Məryəm surəsi Quran-ı Kərimin 19-ci surəsidir. Bu surə Məkkəvi surədir və 23-cü ayə Məryəm surəsinin tərkib hissəsidir.
Məryəm surəsi 23-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Məryəm surəsinin 23-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Məryəm surəsi 23-cü ayənin təfsiri nədir?
"Həmin vaxt doğuş ağrısı onu bir xurma ağacının gövdəsinə doğru çəkdi. (Narahatlıqdan ona söykəndi.) Dedi: «Kaş ki, bundan öncə ölüb yaddan çıxmış olaydım.”Nöqtələrİlahi mələk insan qiyafəsində Məryəmə göründü. Ona doğru üfürdü və Məryəm hamilə oldu. Məryəm bəzilərinin böhtanından nigaran olaraq və ya hamilə qadın aramlığa daha çox ehtiyac duyduğundan uzaq bir yerə getdi.Həmin yer, Məryəmin İsanı dünyaya necə gətirməsi və bu işdən kimin birinci xəbər tutması ilə bağlı təfsirlərdə ətraflı danışıl...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.