Məryəm surəsi · 17-ci ayə

Beləliklə onların qarşısında özü üçün (xəlvət bir yer düzəldərək Allaha ibadətlə məşğul olmaq məqsədi ilə) bir pərdə çəkdi. Bu halda

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Məryəm surəsi / ayə 17
MÖHSÜN QƏRAƏTİ 27.03.2026
"Həmin vaxt başqalarından kənarda özü üçün pərdə tutdu. Həmin məqamda Biz Öz ruhumuzu (Ruhul-qüdüsü) ona doğru göndərdik. O, düz qamətli insan şəklində göründü.”
Nöqtələr
Allahın rəsulu buyurmuşdur: "Məryəm dörd nümunə qadından biridir.”("Kafi”, c. 6, s. 22.)
"Nəbz” dedikdə etinasızlıq səbəbindən bir şeyin kənara düşməsi başa düşülür. Xalqdan uzaqlaşıb bir kənara çəkilmək isə "İntibaz” sözü ilə ifadə olunur. Məryəm məscidül-əqsaya vəqf olunduğunda məscidin şərqindəki bir guşəni özü üçün seçdi.
Bildirişlər
1. Dini rəhbərlərin vəzifələrindən biri tarixin pak insanlarını uca tutmaqdır.
2. Qəhrəman qadınların tarixi də qəhrəman kişilərin tarixi kimi yaşadılmalıdır.("Təfsire-nurus-səqəleyn”. "Xisali-səduq”, s. 637.)
3. İbadət üçün xəlvət bir məkan seçək.
4. İbadət ilahi lütflərin nazil olması üçün zəmindir.
5. Xanımların ibadət etməsi üçün pərdə ilə yer ayırmaq bir dəyərdir. Məryəm ibadət üçün məscidin bir guşəsində pərdə asmışdı.
6. Cəbrailin Allah hüzurunda uca məqamı var.
7. Mələklər məzmunca dəyişmədən elə bir formaya düşə bilərlər ki, insan onları görsün.
8. Müəyyən tapşırıqların icrası zamanı çöhrəni dəyişmək lazım gəlir.
9. Tərbiyə addım-addım aparılan işdir. Allah öncə Yəhyanın bir ata və bir anadan dünyaya gəlişini nəql edir, sonra İsanın dünyaya atasız gəlişindən danışır.
10. Cəbrail başqa peyğəmbərlərin də yanına gedirdi.
11. Qadın elə bir məqama çata bilər ki, mələk onunla söhbət edər.
12. Allahın qüdrət və iradəsi yalnız Onun vasitə və səbəblər çərçivəsində məhdudlaşmır. Əksinə vasitə və səbəblər Allahın qüdrət və iradəsinə tabedir.

Tez-tez Verilən Suallar

Məryəm surəsi 17-ci ayə haqqında suallar və cavablar

Məryəm surəsinin 17-ci ayəsi nə haqqındadır?
Beləliklə onların qarşısında özü üçün (xəlvət bir yer düzəldərək Allaha ibadətlə məşğul olmaq məqsədi ilə) bir pərdə çəkdi. Bu halda
Məryəm surəsi 17-ci ayə hansı surədə yerləşir?
Məryəm surəsi Quran-ı Kərimin 19-ci surəsidir. Bu surə Məkkəvi surədir və 17-ci ayə Məryəm surəsinin tərkib hissəsidir.
Məryəm surəsi 17-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Məryəm surəsinin 17-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Məryəm surəsi 17-ci ayənin təfsiri nədir?
"Həmin vaxt başqalarından kənarda özü üçün pərdə tutdu. Həmin məqamda Biz Öz ruhumuzu (Ruhul-qüdüsü) ona doğru göndərdik. O, düz qamətli insan şəklində göründü.”NöqtələrAllahın rəsulu buyurmuşdur: "Məryəm dörd nümunə qadından biridir.”("Kafi”, c. 6, s. 22.)"Nəbz” dedikdə etinasızlıq səbəbindən bir şeyin kənara düşməsi başa düşülür. Xalqdan uzaqlaşıb bir kənara çəkilmək isə "İntibaz” sözü ilə ifadə olunur. Məryəm məscidül-əqsaya vəqf olunduğunda məscidin şərqindəki bir guşəni özü üçün seçdi.Bildi...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.