Məryəm surəsi · 15-ci ayə

Salam və (hər bir qorxu və əzabdan) əmin-amanlıq olsun ona o gün ki, doğuldu, o gün ki, öləcək və o gün ki, diri(ldilərək) qaldırılacaq.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Məryəm surəsi / ayə 15
MÖHSÜN QƏRAƏTİ 27.03.2026
"Ona doğulduğu, öləcəyi və dirildilib qaldırılacağı gün salam olsun.”
Nöqtələr
Allah bu ayələrdə həzrət Yəhyanın müxtəlif xüsusiyyətlərini sadalamışdır: O Allah hüzurunda pəhrizkar idi, valideyninə münasibətdə xeyirxah idi, xalqa qarşı azğın və üsyankar deyildi.("Bihar”, c. 14, s. 201.)
Ölüm zamanı salamatlıq dedikdə əqidə salamatlığı və imanla ölmək nəzərdə tutulur.
Bildirişlər
1. Məqam və mənsəb bizə valideynimizi unutdurmasın. Peyğəmbər də valideynə münasibətdə xeyirxah olmalıdır.
2. Ata-ataya yaxşılıq ilahi təqva nişanəsidir.
3. Valideynə münasibətdə itaətsizlik və məqampərəstlikdən uzaq yaxşılıq sitayiş olunur.
4. Valideynə qarşı yaxşılığı tərk etmək üsyan və azğınlıq nişanəsidir.
5. Allah övliyalarına salam göndərilməsi təkcə onların həyatda olduğu dövrə aid deyil.
6. Salam vermək kiçikliyi göstərmir. Çünki böyük Allah da salam verir.(Məryəm”, 41. )
7. Yəhya bütün eniş-yoxuşları sağlam din və imanla ötüb keçdi.
8. Övliyaların təvəllüd gününü əziz tutub vəfat gününü xatırlamaq Quran əmridir.
9. Həyatları boyu övliyalara salam, ziyarətnamə oxumaq Quran göstərişidir.
10. Sağlam həyat, sağlam ölüm və qiyamət salamatçılığının açarı təqva, valideynə yaxşılıq, günah və tüğyandan çəkinməkdir.

Tez-tez Verilən Suallar

Məryəm surəsi 15-ci ayə haqqında suallar və cavablar

Məryəm surəsinin 15-ci ayəsi nə haqqındadır?
Salam və (hər bir qorxu və əzabdan) əmin-amanlıq olsun ona o gün ki, doğuldu, o gün ki, öləcək və o gün ki, diri(ldilərək) qaldırılacaq.
Məryəm surəsi 15-ci ayə hansı surədə yerləşir?
Məryəm surəsi Quran-ı Kərimin 19-ci surəsidir. Bu surə Məkkəvi surədir və 15-ci ayə Məryəm surəsinin tərkib hissəsidir.
Məryəm surəsi 15-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Məryəm surəsinin 15-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Məryəm surəsi 15-ci ayənin təfsiri nədir?
"Ona doğulduğu, öləcəyi və dirildilib qaldırılacağı gün salam olsun.”NöqtələrAllah bu ayələrdə həzrət Yəhyanın müxtəlif xüsusiyyətlərini sadalamışdır: O Allah hüzurunda pəhrizkar idi, valideyninə münasibətdə xeyirxah idi, xalqa qarşı azğın və üsyankar deyildi.("Bihar”, c. 14, s. 201.)Ölüm zamanı salamatlıq dedikdə əqidə salamatlığı və imanla ölmək nəzərdə tutulur.Bildirişlər1. Məqam və mənsəb bizə valideynimizi unutdurmasın. Peyğəmbər də valideynə münasibətdə xeyirxah olmalıdır.2. Ata-ataya yaxş...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.