Əl-Maidə surəsi · 80-cu ayə

Onların çoxunu kafirlərlə (müşriklərlə) dostluq edən görürsən. Doğrudan da nəfsi istəklərinin onlar üçün qarşıya çıxardığı şey pisdir ki, Allah onlara qəzəb etmiş və onlar ilahi əzabda həmişəlikdirlər.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 80
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Onların (Bəni-İsrailin) bir çoxunun kafirlərlə dostluq etdiyini görürsən. (Onları özlərinə rəhbər götürürlər.) Öncədən necə də pis əməllər göndərirlər? (Nəticədə) Allah onlara qəzəb etdi və onlar əzabda əbədi qalacaqlar.”
Nöqtələr
Bu ayədə Bəni-İsrailin lənətlənməsinin digər bir səbəbi bəyan olunmuşdur. Onlan kafirlərlə aşkarda və gizlində dostluq edirdilər. (Ayədəki "təra” aşkar, "yətəvəlləvnə” isə gizli münasibətləri bildirir.)
İmam Baqir (ə) uyğun ayəni izah edərkən buyurmuşdur: "Bu dəstədən olanlar zalımları sevənlər, onların dünyasından bəhrələnmək üçün həvəsbaz əməllərini nəzərlərində gözəl göstərənlər idi.” 
Bildirişlər
1. Kafirlərlə dostluq ilahi qəhr-qəzəb səbəbidir.
2. Kitab əhli kafirlərin hakimiyyətini və onlarla dostluğu qəbul edir, amma müsəlmanlara yaxınlaşmır.
3. Allah-təala hətta kitab əhli üçün də istiqlaliyyət istəyir. Müşriklərə tabeçilik və onlardan asılılıq məzəmmət olunur.
4. Bəni-İsrailin yol verdiyi ən mühüm pis işlərdən biri (Məkkə müşrikləri və) kafirlərlə yaxın rabitə idi.
5. Hər bir günah daha böyük günah üçün müqəddimədir. (Əvvəlki ayələrdə üç günah haqqında danışıldı və bu günahlar kafirlərin hakimiyyətinin qəbul edilməsi üçün müqəddimədir).

Tez-tez Verilən Suallar

Əl-Maidə surəsi 80-cu ayə haqqında suallar və cavablar

Əl-Maidə surəsinin 80-cu ayəsi nə haqqındadır?
Onların çoxunu kafirlərlə (müşriklərlə) dostluq edən görürsən. Doğrudan da nəfsi istəklərinin onlar üçün qarşıya çıxardığı şey pisdir ki, Allah onlara qəzəb etmiş və onlar ilahi əzabda həmişəlikdirlər.
Əl-Maidə surəsi 80-cu ayə hansı surədə yerləşir?
Əl-Maidə surəsi Quran-ı Kərimin 5-ci surəsidir. Bu surə Məkkəvi surədir və 80-cu ayə Əl-Maidə surəsinin tərkib hissəsidir.
Əl-Maidə surəsi 80-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Maidə surəsinin 80-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Maidə surəsi 80-cu ayənin təfsiri nədir?
"Onların (Bəni-İsrailin) bir çoxunun kafirlərlə dostluq etdiyini görürsən. (Onları özlərinə rəhbər götürürlər.) Öncədən necə də pis əməllər göndərirlər? (Nəticədə) Allah onlara qəzəb etdi və onlar əzabda əbədi qalacaqlar.” Nöqtələr Bu ayədə Bəni-İsrailin lənətlənməsinin digər bir səbəbi bəyan olunmuşdur. Onlan kafirlərlə aşkarda və gizlində dostluq edirdilər. (Ayədəki "təra” aşkar, "yətəvəlləvnə” isə gizli münasibətləri bildirir.) İmam Baqir (ə) uyğun ayəni izah edərkən buyurmuşdur: "Bu dəstədən...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.