Əl-Maidə surəsi · 72-ci ayə

Şübhəsiz, «Allah həmin Məryəm oğlu Məsihdir (vücudu vacib olan varlıq mümkün varlığa çevrilib və ya vücudu vacib olan varlıq mümkün varlığa daxil olub)» deyən kəslər kafir oldular. Halbuki Məsihin özü «ey İsrail övladları, (həm) mənim Rəbbim və (həm də) sizin Rəbbiniz olan Allaha ibadət edin. Şübhəsiz, Allah Ona şərik qoşana Cənnəti haram edər və onun qalacağı yer oddur. Zalımlara əsla kömək edən yoxdur» demişdi.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 72
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Həqiqətən, "Allah həmin Məryəm oğlu Məsihdir” deyənlər qəti kafir oldular. (Nə üçün belə deyirlər,) halbuki Məsih özü deyirdi: "Ey Bəni-İsrail, Allaha pərəstiş edin, O mənim və sizin Allahınızdır. Şübhəsiz, Allah Ona şərik qoşan kəsə behişti haram etmişdir və onun yeri cəhənnəmdir. Sitəmkarların heç bir yardımçısı yoxdur.”
Nöqtələr
"Məcməül-bəyan” təfsirində deyilir: "Məsihilərdən olan «Yəqubiyyə» firqəsi elə düşünür ki, Allah Məsihlə zatən birləşdi və onlar bir varlıq oldular.
Bu ayə bəzi məsihilərin əqidəsini bəyan edir. Onlar Allahı Məsih kimi tanıyırlar. Sonra ayə digər bir qrupun əqidəsini bəyan edir. Onlar üç uqnum əqidəsindədirlər. Qeyd etməliyik ki, Merqis İncilində (on ikinci bab, ayə 29) İsa xalqı tövhidə dəvət etmiş və buyurmuşdur: "Bizim Allahımız vahid Allahdır.” Mətta İncilində isə (altıncı bab, ayə 24) belə bəyan olunur: "İnsanın iki ağa və iki məhbuba malik olması qeyri-mümkündür. İnsan həm Allaha, həm də bir başqasına xidmət edə bilməz.”
İmam Sadiq (ə) kəbirə günahlar haqqında danışarkən buyurmuşdur: "Kəbirə günahların ən böyüyü Allaha şərik qoşulmasıdır.” Sonra həzrət bu ayəni oxumuşdur. 
Bildirişlər
1. Böyük çaşqınlıqlar qarşısında qətiyyət göstərilməlidir.
2. Allahın fərdlərdə zühur etməsinə inam küfrdür.
3. Anadan doğulan insan Allah ola bilərmi?!
4. Allahın övliyaları, paklar və salehlər haqqında ifrata varmayaq. İsa özü allahpərəstliyə dəvət etdiyi zaman, onu Allah saymaq nəyə əsaslanır?!
5. Allaha şərik qoşanlar, müşriklər heç vaxt behiştə daxil olmaz.
6. Həzrət İsanı Allah sayanlar kafir, müşrik, zalımdırlar və behiştdən məhrum edilmişlər.
7. Allaha şərik qoşmaq zülmdür.
8. Qiyamətdə şəfaət var. Amma bu şəfaət müşriklərə aid deyil.

Tez-tez Verilən Suallar

Əl-Maidə surəsi 72-ci ayə haqqında suallar və cavablar

Əl-Maidə surəsinin 72-ci ayəsi nə haqqındadır?
Şübhəsiz, «Allah həmin Məryəm oğlu Məsihdir (vücudu vacib olan varlıq mümkün varlığa çevrilib və ya vücudu vacib olan varlıq mümkün varlığa daxil olub)» deyən kəslər kafir oldular. Halbuki Məsihin özü «ey İsrail övladları, (həm) mənim Rəbbim və (həm də) sizin Rəbbiniz olan Allaha ibadət edin. Şübhəsiz, Allah Ona şərik ...
Əl-Maidə surəsi 72-ci ayə hansı surədə yerləşir?
Əl-Maidə surəsi Quran-ı Kərimin 5-ci surəsidir. Bu surə Məkkəvi surədir və 72-ci ayə Əl-Maidə surəsinin tərkib hissəsidir.
Əl-Maidə surəsi 72-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Maidə surəsinin 72-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Maidə surəsi 72-ci ayənin təfsiri nədir?
"Həqiqətən, "Allah həmin Məryəm oğlu Məsihdir” deyənlər qəti kafir oldular. (Nə üçün belə deyirlər,) halbuki Məsih özü deyirdi: "Ey Bəni-İsrail, Allaha pərəstiş edin, O mənim və sizin Allahınızdır. Şübhəsiz, Allah Ona şərik qoşan kəsə behişti haram etmişdir və onun yeri cəhənnəmdir. Sitəmkarların heç bir yardımçısı yoxdur.” Nöqtələr "Məcməül-bəyan” təfsirində deyilir: "Məsihilərdən olan «Yəqubiyyə» firqəsi elə düşünür ki, Allah Məsihlə zatən birləşdi və onlar bir varlıq oldular. Bu ayə bəzi məsi...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.