Əl-Maidə surəsi · 69-cu ayə

Həqiqətən, (İslama) iman gətirənlər, yəhudilər, Sabiilər (Nuhun, yaxud Yəhyanın ardıcılları) və xaçpərəstlərdən (bu dəstələrin öz peyğəmbərinin əsrində) Allaha və axirət gününə iman gətirib yaxşı işlər görən kəslər üçün (Qiyamət günü) bir qorxu yoxdur və onlar qəmgin olmazlar.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 69
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Həqiqətən iman gətirənlər, möminlər, yəhudilər, sabiilər, məsihilər, qiyamət gününə iman gətirib saleh iş görənlərin heç biri üçün qəm yoxdur.”
Nöqtələr
Quranda yəhudilər və məsihilər sözü ilə üç dəfə yanaşı işlənmiş «sabiilər» sözü səmavi dinlərdən birinə itaət edənlərə aiddir. Zaman ötdükcə onlar doğru yoldan azmış, ulduzların təsiri kimi əqidəyə, haqdan uzaqlığa və yanlış adət-ənənələrə uğramışlar.
Müxtəlif dinlərin ardıcılları yeni din gəldikdən sonra həmin dinə iman gətirməli idilər. Əgər son peyğəmbərə iman zəruri olmasaydı, onun gəlişi əbəs olardı. Müsəlmanlarla yanaşı İslam peyğəmbərinə iman gətirib saleh əmələ üstünlük verən yəhudilər, məsihilər və sabiilər üçün qorxu olmayacaq.
Bütün qədim dinlərdən yəhudi, məsihi və sabii dinlərinin adı çəkilir. Çünki bu dinlər ilahi din olmaqla haqqın dəvətinin qəbuluna başqalarından daha layiqdirlər.
Bildirişlər
1. Allaha və qiyamət gününə iman, peyğəmbərlərin risalətinin qəbulu səmavi dinlərin müştərək əsaslarındandır.
2. Bütün səmavi dinlərdə səadət ölçüsü iddia və ad yox, iman və saleh əməldir.
3. İman əməldən ayrı deyil.
4. Gerçək rahatlıq iman və saleh əməl sayəsində əldə olunur.

Tez-tez Verilən Suallar

Əl-Maidə surəsi 69-cu ayə haqqında suallar və cavablar

Əl-Maidə surəsinin 69-cu ayəsi nə haqqındadır?
Həqiqətən, (İslama) iman gətirənlər, yəhudilər, Sabiilər (Nuhun, yaxud Yəhyanın ardıcılları) və xaçpərəstlərdən (bu dəstələrin öz peyğəmbərinin əsrində) Allaha və axirət gününə iman gətirib yaxşı işlər görən kəslər üçün (Qiyamət günü) bir qorxu yoxdur və onlar qəmgin olmazlar.
Əl-Maidə surəsi 69-cu ayə hansı surədə yerləşir?
Əl-Maidə surəsi Quran-ı Kərimin 5-ci surəsidir. Bu surə Məkkəvi surədir və 69-cu ayə Əl-Maidə surəsinin tərkib hissəsidir.
Əl-Maidə surəsi 69-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Maidə surəsinin 69-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Maidə surəsi 69-cu ayənin təfsiri nədir?
"Həqiqətən iman gətirənlər, möminlər, yəhudilər, sabiilər, məsihilər, qiyamət gününə iman gətirib saleh iş görənlərin heç biri üçün qəm yoxdur.” Nöqtələr Quranda yəhudilər və məsihilər sözü ilə üç dəfə yanaşı işlənmiş «sabiilər» sözü səmavi dinlərdən birinə itaət edənlərə aiddir. Zaman ötdükcə onlar doğru yoldan azmış, ulduzların təsiri kimi əqidəyə, haqdan uzaqlığa və yanlış adət-ənənələrə uğramışlar. Müxtəlif dinlərin ardıcılları yeni din gəldikdən sonra həmin dinə iman gətirməli idilər. Əgər ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.