Əl-Maidə surəsi · 68-ci ayə

De: «Ey kitab əhli, siz (həqiqi) Tövrat və İncili və Rəbbiniz tərəfindən sizə nazil olanı (əməli surətdə) bərqərar etməyincə bir şeydə (doğru dində) deyilsiniz.» Şübhəsiz, Rəbbin tərəfindən sənə nazil olan şey, onların çoxunun azğınlıq və küfrünü artıracaqdır. Buna görə də kafir dəstə üçün qəm yemə.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 68
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"De ki, ey kitab əhli! Tövrat, İncil, Rəbbiniz tərəfindən nazil olanı bərpa etməyincə heç bir dəyəriniz yoxdur. Həqiqətən, Allahın tərəfindən sənə nazil olan onların bir çoxunun tüğyan və küfrünü artıracaq. Kafirlərə (onların müxalifətinə) görə təəssüf etmə.”
Nöqtələr
Səmavi kitab - Quran hidayət vasitəsi olsa da, ilahi ayələr oxunduqda bir qrup insanın batini çirkinliyi inadkar ruhiyyə səbəbindən daha çox aşkara çıxır.
İmam Baqir (ə) buyurmuşdur: "Bir çox tüğyan və küfrün səbəbi Həzrət Əlinin (ə) vilayətinə etiqadsızlıqdır.” 
Bildirişlər
1. Kitab əhli bütün səmavi kitablara inanmalıdır.
2. "İmanlıyam” demək kifayət deyil. Əməldə hərəkət lazımdır.
3. Səmavi qanunlar əməl üçün mehvər olmalıdır. Bu qanunlar qüdrət kürsüsünə oturmalıdır.
4. Fərdlərin şəxsiyyəti və dəyəri onların dini öhdəçiliklərinə bağlıdır.
5. Təbliğdə ilk öncə başqalarının düzgün etiqadlarına hörmətlə yanaşmaq, sonra nəzərdə tutulan yolu açıqlamaq lazımdır.
6. Tüğyan küfr üçün zəmin və müqəddimədir.
7. Tüğyan və küfr artıb-azala bilər.
8. Kitab əhlinin az bir qismi düzgün yoldadır.
9. İnadkar və kafir fərdlərə görə qüssə çəkmək yersizdir.

Tez-tez Verilən Suallar

Əl-Maidə surəsi 68-ci ayə haqqında suallar və cavablar

Əl-Maidə surəsinin 68-ci ayəsi nə haqqındadır?
De: «Ey kitab əhli, siz (həqiqi) Tövrat və İncili və Rəbbiniz tərəfindən sizə nazil olanı (əməli surətdə) bərqərar etməyincə bir şeydə (doğru dində) deyilsiniz.» Şübhəsiz, Rəbbin tərəfindən sənə nazil olan şey, onların çoxunun azğınlıq və küfrünü artıracaqdır. Buna görə də kafir dəstə üçün qəm yemə.
Əl-Maidə surəsi 68-ci ayə hansı surədə yerləşir?
Əl-Maidə surəsi Quran-ı Kərimin 5-ci surəsidir. Bu surə Məkkəvi surədir və 68-ci ayə Əl-Maidə surəsinin tərkib hissəsidir.
Əl-Maidə surəsi 68-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Maidə surəsinin 68-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Maidə surəsi 68-ci ayənin təfsiri nədir?
"De ki, ey kitab əhli! Tövrat, İncil, Rəbbiniz tərəfindən nazil olanı bərpa etməyincə heç bir dəyəriniz yoxdur. Həqiqətən, Allahın tərəfindən sənə nazil olan onların bir çoxunun tüğyan və küfrünü artıracaq. Kafirlərə (onların müxalifətinə) görə təəssüf etmə.” Nöqtələr Səmavi kitab - Quran hidayət vasitəsi olsa da, ilahi ayələr oxunduqda bir qrup insanın batini çirkinliyi inadkar ruhiyyə səbəbindən daha çox aşkara çıxır. İmam Baqir (ə) buyurmuşdur: "Bir çox tüğyan və küfrün səbəbi Həzrət Əlinin (...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.