Əl-Maidə surəsi · 58-ci ayə

(İnsanları azan vasitəsilə) namaza çağırdığınız zaman onlar onu lağa qoyar və ələ salarlar. Bu ona görədir ki, onlar düşünməyən bir tayfadırlar.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 58
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

"Nə vaxt siz (azan vasitəsi ilə xalqı) namaza çağırırsınız, onu məsxərəyə qoyurlar. Bunun səbəbi onların düşünməyən bir qövm olmasıdır.”

 

Nöqtələr
Yuxarıdakı ayənin nazilolma şəni haqqında deyilir ki, yəhudilərdən və məsihilərdən bir dəstəsi azançının səsini eşitdikdə və ya müsəlmanların namaza dayandığını gördükdə onlara istehza edirdilər. 
Bildirişlər
1. Azanı (dini şüarları) məsxərəyə qoyanlarla rabitədən və dostluqdan çəkinin.
2. Namaz dinin çöhrəsi və zühur məhəllidir. (Əvvəlki ayədə dinə istehzadan danışıldı. Bu ayədə isə dinin siması olan namaza istehza xatırladılır.)
3. Namaz üçün nida edilməlidir ki, hamı toplansın. (Namaz aşkar olmalıdır.)
4. İslam cəmiyyətində namaz üçün fəryad çəkilməli, namaz təbliğ olunmalıdır. Kimsə buna mane olmamalıdır.
5. Aqillər məntiqi üslubda rəftar edirlər. Düşüncəsiz insanların işi isə istehzadır.

Tez-tez Verilən Suallar

Əl-Maidə surəsi 58-ci ayə haqqında suallar və cavablar

Əl-Maidə surəsinin 58-ci ayəsi nə haqqındadır?
(İnsanları azan vasitəsilə) namaza çağırdığınız zaman onlar onu lağa qoyar və ələ salarlar. Bu ona görədir ki, onlar düşünməyən bir tayfadırlar.
Əl-Maidə surəsi 58-ci ayə hansı surədə yerləşir?
Əl-Maidə surəsi Quran-ı Kərimin 5-ci surəsidir. Bu surə Məkkəvi surədir və 58-ci ayə Əl-Maidə surəsinin tərkib hissəsidir.
Əl-Maidə surəsi 58-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Maidə surəsinin 58-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Maidə surəsi 58-ci ayənin təfsiri nədir?
"Nə vaxt siz (azan vasitəsi ilə xalqı) namaza çağırırsınız, onu məsxərəyə qoyurlar. Bunun səbəbi onların düşünməyən bir qövm olmasıdır.”   Nöqtələr Yuxarıdakı ayənin nazilolma şəni haqqında deyilir ki, yəhudilərdən və məsihilərdən bir dəstəsi azançının səsini eşitdikdə və ya müsəlmanların namaza dayandığını gördükdə onlara istehza edirdilər.  Bildirişlər 1. Azanı (dini şüarları) məsxərəyə qoyanlarla rabitədən və dostluqdan çəkinin. 2. Namaz dinin çöhrəsi və zühur məhəllidir. (Əvvəlki ayədə dinə ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.