Əl-Maidə surəsi · 34-cü ayə

Siz ələ keçirməmişdən qabaq tövbə edənlər istisna olmaqla! Buna görə də bilin ki, Allah çox bağışlayan və mehribandır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 34
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"O kəslər istisnadır ki, sizin əlinizə keçməmişdən qabaq tövbə etmiş olsunlar. Bilin ki, Allah bağışlayan və mehribandır.”
Nöqtələr
Müsəlmanları hədələyən, onların üstünə silah çəkən kəs qətl baş verməsə də, rəvayətlərə əsasən, yer üzündə fəsad törədən sayılır. Bu ayədə həmin şəxslərin tövbəsindən danışılır. Demək, hücum çəkənin və fəsadçının tövbəsi qətl-qarətə yox, qorxutmaya aiddir. Yəni tövbəyə görə xalqın haqqı yox, Allahın haqqı bağışlanır. Çünki haqqı haqq sahibi bağışlaya bilər. Hücum edənin hökmü hücum edib qətl-qarət törədənin hökmündən fərqlənir.Yəni qatil hücumçu tövbə etdikdə qisas haqqı yerində qalır. Amma hücum edən şəxs yalnız qorxu yaratmışdırsa, tövbə ilə cəzadan qurtulur.
İlahi cəzalarda intiqam yox, fərd və cəmiyyətin tərbiyə və islah məqsədləri var. Günahkar tövbə etməlidir və bu tövbənin təsiri var.
Cəzanı aradan götürmək üçün həqiqi tövbəyə ehtiyac var. Günahkarın əxlaq, rəftar və danışığında tövbənin təsiri görünməli və ya ədalətli şəxslər bu tövbəni təsdiqləməlidirlər.
Bildirişlər
1.Tövbə qapısı hamının üzünə açıqdır.
2. Həbs olunmamış, dara düşməmiş qılınan tövbə təsirlidir.
3. Allahın bağışlamasına inanaq.
4. Allahın bağışlaması məzəmmət və təhqirlə yox, Onun rəhməti ilə müşayiət olunur.

Tez-tez Verilən Suallar

Əl-Maidə surəsi 34-cü ayə haqqında suallar və cavablar

Əl-Maidə surəsinin 34-cü ayəsi nə haqqındadır?
Siz ələ keçirməmişdən qabaq tövbə edənlər istisna olmaqla! Buna görə də bilin ki, Allah çox bağışlayan və mehribandır.
Əl-Maidə surəsi 34-cü ayə hansı surədə yerləşir?
Əl-Maidə surəsi Quran-ı Kərimin 5-ci surəsidir. Bu surə Məkkəvi surədir və 34-cü ayə Əl-Maidə surəsinin tərkib hissəsidir.
Əl-Maidə surəsi 34-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Maidə surəsinin 34-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Maidə surəsi 34-cü ayənin təfsiri nədir?
"O kəslər istisnadır ki, sizin əlinizə keçməmişdən qabaq tövbə etmiş olsunlar. Bilin ki, Allah bağışlayan və mehribandır.” Nöqtələr Müsəlmanları hədələyən, onların üstünə silah çəkən kəs qətl baş verməsə də, rəvayətlərə əsasən, yer üzündə fəsad törədən sayılır. Bu ayədə həmin şəxslərin tövbəsindən danışılır. Demək, hücum çəkənin və fəsadçının tövbəsi qətl-qarətə yox, qorxutmaya aiddir. Yəni tövbəyə görə xalqın haqqı yox, Allahın haqqı bağışlanır. Çünki haqqı haqq sahibi bağışlaya bilər. Hücum ed...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.