Əl-Maidə surəsi · 31-ci ayə

Allah ona qardaşının görünməməli olan cəsədini necə gizlətməsini göstərmək üçün (nəyisə basdırmaq üçün) yeri qazan bir qarğa göndərdi. O dedi: «Vay olsun mənə! Məgər mən bu qarğa kimi olub qardaşımın cəsədini gizlətməkdən də aciz olmuşam?!» Beləliklə o, peşman olanlardan oldu.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 31
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Allah bir qarğa göndərdi ki, yeri qazmaqla qardaşının cəsədini necə basdırmağı göstərsin. (Qabil) dedi: "Vay olsun mənə! Bu işdə bu qarğa qədər də olmaqda acizəm ki, qardaşımın cəsədini dəfn edəm! Nəhayət, o peşmançılardan oldu.”
Nöqtələr
Qabil qardaşını öldürdükdən sonra cəsədin ətrafına yırtıcıların toplaşdığını görüb, onu çiyninə götürdü. Amma bunun bir faydası olmadı. Yerində donub qalmış Qabil gördü ki, bir qarğa ölmüş başqa qarğanı basdırır. Qarğadan bu işi öyrənib öz qardaşının cəsədini dəfn etdi.
«Ğurab» dimdiyi və ayaqları qırmızı, qarğaya oxşar bir quşdur. 
İlk insanlar çox təcrübəsiz olmuşlar. Amma Allah-təala müxtəlif yollarla daim bəşəriyyətə lütf etmişdir.
İmam Səccad (ə) buyurmuşdur: "Allah iki qarğa göndərdi və qarğalardan biri o birini öldürdü. Sonra qatil qarğa dimdiyi ilə çala qazıb ölü qarğanı dəfn etdi. 
İmam Səccad (ə) buyurmuşdur: "Peşmançılıq doğuran günahlardan biri günahsız insanın qətlə yetirilməsidir.” 
Bildirişlər
1. Bəzən heyvanlar Allahın əmrini yerinə yetirir. Onlar ilahi göstəriş əsasında hərəkət edir və Allahın istədiyi yolla gedirlər.
2. Bəşəriyyət bir çox bilikləri heyvanların həyatından öyrənmişdir.
3. İnsan daim öyrənməlidir. Əsas məsələ öyrənməkdir, hətta heyvanlardan da olmuş olsa!
4. Allah bəzən insanı ilk baxışdan bacarıqsız görünən heyvan vasitəsi ilə öyrədir ki, qürrələnməsin və qarğadan da öyrənilməsi işlərin olduğunu anlasın.
5. Ölünün cəsədi torpaqda dəfn olunmalıdır. (Cəsədi saxlamaq, mumyalamaq, yandırmaq düzgün deyil.)
6. İnsanın ölüsünə də ehtiram lazımdır. Ölü insan qurd-quşa yem olmamalı, dəfn edilməlidir.
7. Peşmançılıq insan fitrətinin haqpərəstlik nişanəsidir.

Tez-tez Verilən Suallar

Əl-Maidə surəsi 31-ci ayə haqqında suallar və cavablar

Əl-Maidə surəsinin 31-ci ayəsi nə haqqındadır?
Allah ona qardaşının görünməməli olan cəsədini necə gizlətməsini göstərmək üçün (nəyisə basdırmaq üçün) yeri qazan bir qarğa göndərdi. O dedi: «Vay olsun mənə! Məgər mən bu qarğa kimi olub qardaşımın cəsədini gizlətməkdən də aciz olmuşam?!» Beləliklə o, peşman olanlardan oldu.
Əl-Maidə surəsi 31-ci ayə hansı surədə yerləşir?
Əl-Maidə surəsi Quran-ı Kərimin 5-ci surəsidir. Bu surə Məkkəvi surədir və 31-ci ayə Əl-Maidə surəsinin tərkib hissəsidir.
Əl-Maidə surəsi 31-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Maidə surəsinin 31-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Maidə surəsi 31-ci ayənin təfsiri nədir?
"Allah bir qarğa göndərdi ki, yeri qazmaqla qardaşının cəsədini necə basdırmağı göstərsin. (Qabil) dedi: "Vay olsun mənə! Bu işdə bu qarğa qədər də olmaqda acizəm ki, qardaşımın cəsədini dəfn edəm! Nəhayət, o peşmançılardan oldu.” Nöqtələr Qabil qardaşını öldürdükdən sonra cəsədin ətrafına yırtıcıların toplaşdığını görüb, onu çiyninə götürdü. Amma bunun bir faydası olmadı. Yerində donub qalmış Qabil gördü ki, bir qarğa ölmüş başqa qarğanı basdırır. Qarğadan bu işi öyrənib öz qardaşının cəsədini ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.