Əl-Maidə surəsi · 30-cu ayə

Beləliklə, (pis işlərə əmr edən) nəfsi onu qardaşını qətlə yetirməyə həvəsləndirdi və (bu işi ona) asan göstərdi. Beləliklə onu öldürdü və ziyana uğrayanlardan oldu.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 30
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Nəfsi (həsəddən doğan vəsvəsələrlə) qardaşını qətlə yetirməyi onun üçün asan və ram etdi. Onu öldürdü, nəticədə ziyankarlardan oldu.”
Nöqtələr
İmam Baqir (ə) "fətəvvəət ləhu nəfsuhu” ayəsini oxuduqdan sonra buyurdu: "İblis Qabilə dedi: "Sənin qurbanlığın rədd, qardaşın Habilin qurbanlığı isə qəbul olundu. Əgər sağ qalsa, tarix boyu onun nəsli sənin nəslin qarşısında öyünəcək ki, atalarının qurbanlığı qəbul olunub. Yaxşısı budur ki, onu öldürəsən ki, nəslin zillət çəkməsin.” 
İmam Baqir (ə) buyurmuşdur: "Hər kəs bir mömini öldürsə, Allah öldürülənlərin bütün günahını qatilin hesabına yazar və öldürüləni günahdan pak edər.” 
Ayənin mənası bu deyil ki, günahların bağışlanması ümidi ilə insan zalımın qarşısında sussun.
Həzrət Peyğəmbərdən (s) nəql olunmuş bir hədisdə oxuyuruq ki, hadisə Dəməşqdəki Qasiyun dağında baş vermişdir. 
İmam Səccad (ə) buyurmuşdur: "İblis qətl üsulunu Qabilə öyrətdi.” 
Bildirişlər
1. Öldürülənin günahları öldürənə keçir.
2. Döyüşdə zərərin məsuliyyəti döyüşə başlayanın öhdəsinə düşür.
3. Qardaş qətli cəhənnəmlik olmağa səbəbdir.
4. Məada etiqad yer üzündəki insanların ilkin əqidələrindəndir.
5. Qatil həm özünə, həm öldürdüyü şəxsə, həm öldürülənin ailəsinə, həm də cəmiyyətə zülm edir.
6. İnsanın nəfsi vəsvəsələr, təlqin və bəzək-düzəklə insanı aldadıb günaha çəkir.
7. Nəfs azğınlığı insandakı qardaşlıq hisslərini boğa bilər.
8. Pak insan fitrəti qətlilə uyğun deyil. Amma azğın nəfs bu işi gözəl göstərib, insanı qətlə sövq edir.
9. Bəşər tarixinin başlanğıcından haqla batil arasında döyüş olmuşdur.
10. Yer üzündə insan ölümü şəhadətlə başlamışdır.
11. Nəfs istəyinə tabeçilik zərərdir.
12. Qatil də daxilən vicdan əzabı çəkir. O, xalq tərəfindən məzəmmət olunur, qisas və ədalətdən yaxa qurtara bilmir, kam almaqdan məhrum qalır.
13. Müxalif üzərində qələbə bəzən başıucalıq gətirmir.

Tez-tez Verilən Suallar

Əl-Maidə surəsi 30-cu ayə haqqında suallar və cavablar

Əl-Maidə surəsinin 30-cu ayəsi nə haqqındadır?
Beləliklə, (pis işlərə əmr edən) nəfsi onu qardaşını qətlə yetirməyə həvəsləndirdi və (bu işi ona) asan göstərdi. Beləliklə onu öldürdü və ziyana uğrayanlardan oldu.
Əl-Maidə surəsi 30-cu ayə hansı surədə yerləşir?
Əl-Maidə surəsi Quran-ı Kərimin 5-ci surəsidir. Bu surə Məkkəvi surədir və 30-cu ayə Əl-Maidə surəsinin tərkib hissəsidir.
Əl-Maidə surəsi 30-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Maidə surəsinin 30-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Maidə surəsi 30-cu ayənin təfsiri nədir?
"Nəfsi (həsəddən doğan vəsvəsələrlə) qardaşını qətlə yetirməyi onun üçün asan və ram etdi. Onu öldürdü, nəticədə ziyankarlardan oldu.” Nöqtələr İmam Baqir (ə) "fətəvvəət ləhu nəfsuhu” ayəsini oxuduqdan sonra buyurdu: "İblis Qabilə dedi: "Sənin qurbanlığın rədd, qardaşın Habilin qurbanlığı isə qəbul olundu. Əgər sağ qalsa, tarix boyu onun nəsli sənin nəslin qarşısında öyünəcək ki, atalarının qurbanlığı qəbul olunub. Yaxşısı budur ki, onu öldürəsən ki, nəslin zillət çəkməsin.”  İmam Baqir (ə) buyu...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.