Əl-Maidə surəsi · 27-ci ayə

Adəmin iki oğlunun (Habil ilə Qabilin) qurbanlıq zamanı olmuş əhvalatını həqiqi və düzgün şəkildə onlara oxu (Habil dəvə kəsdi, Qabil isə bir az buğda gətirdi). Beləliklə birindən qəbul olundu və digərindən qəbul olunmadı. (Qabil) dedi: «Səni mütləq öldürəcəyəm». (Habil) dedi: «Həqiqətən Allah yalnız təqvalılardan qəbul edir».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 27
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Ey peyğəmbər,) Adəmin iki oğlunun əhvalatını xalqa olduğu kimi oxu. O zaman ki, (onlardan hər biri) qurbanlıq gətirdi, birindən (Habildən) qəbul olundu, o birindən (Qabildən) qəbul olunmadı. (Qabil) dedi: "Səni hökmən öldürəcəyəm.” (Habil) dedi: "Allah yalnız təqvalılardan qəbul edir.”
Nöqtələr
"Olduğu kimi oxu” ifadəsində məqsəd bu ola bilər ki, bu macəra Tövratda təhrif olunmuşdur və Quranda deyilən həqiqidir.
Rəvayətdə deyilir ki, Habil heyvandar idi və özünün ən yaxşı qoyununu qurbanlığa gətirdi. Qabil isə əkinçi idi və öz məhsulunun ən pisini Allah yolunda infaq etdi.   Quran buyurur: "Yalnız sevdiyindən infaq edən kəs xeyirə çatar. 
İmam Sadiq (ə) buyurmuşdur: "Qabilin qatillik səbəbi Habilin qurbanlığının qəbul olmasına qarşı həsəd idi.” 
Bildirişlər
1. İbrət üçün keçmişdəkilərin tarixini öyrənmək və araşdırmaq lazımdır.
2. Tarixə nəzər salarkən mühüm məsələləri araşdırmaq lazımdır. ("Nəbəə” mühüm xəbər deməkdir.)
3. Tarixi hadisələri əfsanələrdən fərqləndirmək lazımdır. (Habillə Qabilin qurbanlıq əhvalatı əfsanə deyil.)
4. Əsas məsələ qurbanlıq yox, Allahla yaxınlıqdır. Qurbanlığın nə olması əhəmiyyətli deyil. ("Qurbanən” sözü qeyri-müəyyən formada işlədilmişdir.)
5. Əməllərin qəbul və ya rədd olunmasında peyğəmbərin oğlu olmağın rolu yoxdur. Ona görə də Habildən qəbul olundu, Qabildən isə yox.
6. Bəşər tarixi ilə birlikdə qətl və qan tökmə tarixi başlamışdır.
7. Bəzən həsəd qardaş qırğınına da aparır.
8. Qətllə hədələyənə də məntiqi cavab verilməlidir.
9. Əməllərin qəbulu və ya rədd edilməsində amillər və xislətlərin rolu var.
10. Əməlin qəbul ölçüsü təqvadır. Bu işdə şəxsiyyət və işin çeşidinin rolu yoxdur.
11. Əməlin qəbul və ya rədd olunmasında yeganə fərq təqvadır.

Tez-tez Verilən Suallar

Əl-Maidə surəsi 27-ci ayə haqqında suallar və cavablar

Əl-Maidə surəsinin 27-ci ayəsi nə haqqındadır?
Adəmin iki oğlunun (Habil ilə Qabilin) qurbanlıq zamanı olmuş əhvalatını həqiqi və düzgün şəkildə onlara oxu (Habil dəvə kəsdi, Qabil isə bir az buğda gətirdi). Beləliklə birindən qəbul olundu və digərindən qəbul olunmadı. (Qabil) dedi: «Səni mütləq öldürəcəyəm». (Habil) dedi: «Həqiqətən Allah yalnız təqvalılardan qəbu...
Əl-Maidə surəsi 27-ci ayə hansı surədə yerləşir?
Əl-Maidə surəsi Quran-ı Kərimin 5-ci surəsidir. Bu surə Məkkəvi surədir və 27-ci ayə Əl-Maidə surəsinin tərkib hissəsidir.
Əl-Maidə surəsi 27-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Maidə surəsinin 27-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Maidə surəsi 27-ci ayənin təfsiri nədir?
"(Ey peyğəmbər,) Adəmin iki oğlunun əhvalatını xalqa olduğu kimi oxu. O zaman ki, (onlardan hər biri) qurbanlıq gətirdi, birindən (Habildən) qəbul olundu, o birindən (Qabildən) qəbul olunmadı. (Qabil) dedi: "Səni hökmən öldürəcəyəm.” (Habil) dedi: "Allah yalnız təqvalılardan qəbul edir.” Nöqtələr "Olduğu kimi oxu” ifadəsində məqsəd bu ola bilər ki, bu macəra Tövratda təhrif olunmuşdur və Quranda deyilən həqiqidir. Rəvayətdə deyilir ki, Habil heyvandar idi və özünün ən yaxşı qoyununu qurbanlığa g...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.