Əl-Maidə surəsi · 24-cü ayə

Dedilər: «Ey Musa, nə qədər ki, onlar oradadırlar (həmin şəhərdədirlər) biz əsla ora daxil olmayacağıq. Odur ki, sən və Rəbbin gedin (onlarla) vuruşun, biz mütləq elə burada oturacağıq».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 24
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Bəni-İsrail) dedi: "Ey Musa! Nə qədər ki, onlar (zalımlar) həmin şəhərdədir, biz heç vaxt oraya daxil olmayacağıq. Sən və sənin Allahın gedin (onlarla) döyüşün. Biz isə buradaca oturmuşuq.”
Nöqtələr
Həm Məkkə, həm də Beytül-müqəddəs müqəddəs yerlərdir. Musa öz qövmünə buyurdu: "Oraya daxil olun və düşmənlə döyüşün.” Amma onun qövmü bəhanə gətirib, Musanın əmrinə qarşı çıxdılar. Müsəlmanlar isə hicri səkkizinci ildə ümrə məqsədi ilə Peyğəmbərin (s) ardınca Məkkəyə yaxınlaşdılar. Əgər həzrət icazə versəydi, onlar şəhərə hücum edərdilər. Bu səfərdə Hüdəybiyyə sülhü baş verdi. Bəli, hər iki qövm müqəddəs şəhərin darvazasına çatmışdı. Amma onlardan biri qaçmaq, digəri hücum əzmində idi.
Düşmənlə mübarizədə Bəni-İsrailin süstlüyü o qədər məşhur idi ki, müsəlmanlar Bədr savaşından (hicri ikinci ildə) və Məkkəyə daxil olan zaman (hicri altıncı ildə) deyirdilər: "Biz Bəni-İsrail kimi deyilik ki, "buradaca oturmuşuq” deyək. Biz sənin əmrinlə döyüşə hazırıq.”
İlahi rəhbərlərin öz vəzifələrinin icrasındakı təlaşları yalnız xalq itaət etdikdə səmərəyə çatır.
Bildirişlər
1. Bəni-İsrail ədəbsizlik, bəhanəçilik, zəiflik və rifahtələblik nümunəsi idi. "Daxil olmayacağıq” təbiri onların Allah əmri qarşısındakı cəsarətlərindən danışır. "Heç vaxt” təbiri onların öz qərarlarında israrlı olduğunu göstərir. "Sən get” təbiri həzrət Musaya qarşı hörmətsizliyin nişanəsidir. "Sənin Allahın getsin” təbiri Bəni-İsrailin Allaha hörmətsizliyinin və iman zəifliyinin göstəricisidir. "Oturmuşuq” təbiri onların rifahtələblik və izzətpərəstlik göstəricisidir.
2. Xalq cəmiyyətin islahını təkcə Allahdan və ilahi rəhbərdən gözləməməli, özləri də çalışmalıdır.
3. Çalışmadan qələbəyə çatmaq arzusu düşüncəsizlikdir.

Tez-tez Verilən Suallar

Əl-Maidə surəsi 24-cü ayə haqqında suallar və cavablar

Əl-Maidə surəsinin 24-cü ayəsi nə haqqındadır?
Dedilər: «Ey Musa, nə qədər ki, onlar oradadırlar (həmin şəhərdədirlər) biz əsla ora daxil olmayacağıq. Odur ki, sən və Rəbbin gedin (onlarla) vuruşun, biz mütləq elə burada oturacağıq».
Əl-Maidə surəsi 24-cü ayə hansı surədə yerləşir?
Əl-Maidə surəsi Quran-ı Kərimin 5-ci surəsidir. Bu surə Məkkəvi surədir və 24-cü ayə Əl-Maidə surəsinin tərkib hissəsidir.
Əl-Maidə surəsi 24-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Maidə surəsinin 24-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Maidə surəsi 24-cü ayənin təfsiri nədir?
"(Bəni-İsrail) dedi: "Ey Musa! Nə qədər ki, onlar (zalımlar) həmin şəhərdədir, biz heç vaxt oraya daxil olmayacağıq. Sən və sənin Allahın gedin (onlarla) döyüşün. Biz isə buradaca oturmuşuq.” Nöqtələr Həm Məkkə, həm də Beytül-müqəddəs müqəddəs yerlərdir. Musa öz qövmünə buyurdu: "Oraya daxil olun və düşmənlə döyüşün.” Amma onun qövmü bəhanə gətirib, Musanın əmrinə qarşı çıxdılar. Müsəlmanlar isə hicri səkkizinci ildə ümrə məqsədi ilə Peyğəmbərin (s) ardınca Məkkəyə yaxınlaşdılar. Əgər həzrət ica...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.