Əl-Maidə surəsi · 14-cü ayə

«Biz xaçpərəstlərik (Allaha köməyə qalxırıq)» deyənlərdən (dünyada pəhrizkar olmaları, sözlərinin bir olması və dində parçalanmamaları barəsində) əhd-peyman aldıq. Onlar sonra xəbərdar edildikləri şeylərdən (İncilin tovhid məsələləri və İslam Peyğəmbərinin əlamətləri və sifətləri kimi təlimlərindən) olan layiqli pay(ların)ı unutdular. Buna görə də onların arasında Qiyamət gününədək düşmənçilik və kin yaratdıq. Tezliklə Allah onları etdiklərindən xəbərdar edəcəkdir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 14
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
يَصْنَعُونَ
"Biz məsihiyik” deyən kəslərdən əhd aldıq. Onlar (Bəni-İsrail kimi) nəzərlərinə çatdırılanların bir hissəsini unutdular. Düşmənçilik və kin-küdurəti qiyamət gününədək aralarında qərar verdik. Allah tezliklə onları gördüyü işlərdən agah edəcəkdir.”
Nöqtələr
"Nəsara” "nəsrani” sözünün cəm formasıdır. Həzrət İsa yardımçılarının şüarı da belə olduğundan onların «nəsara» adlandırılması nəzərə gəlir. 
"Bəğza” qəlb düşmənçiliyi, "ədavət” isə onun zahirdə təzahürüdür.
Xatırlatmaların bir hissəsinin unudulması dedikdə, məsihilərin tövhid həddini aşıb üç üqnuma üz tutması və həzrət Məhəmmədi (s) qəbul etmək əvəzinə, onun nişanələrini gizlətmələri nəzərdə tutulur.
"Əğrəyna” əslində «yapışdırma» mənasını bildirir. Yəni onların bağlılıq səbəbi aralarındakı ədavətdir.
Bildirişlər
1. İddia çoxdur, amma əməl az!
2. İddiası olan kəs məsuliyyəti qəbul etməlidir.
3. İlahi xəbərdarlıqların və iki əhdin müjdələrinin unudulması nəticəsi təfriqə və ədavətdir.
4. Başqalarının əhdi pozmasının acı nəticələrindən ibrət götürək. (Nəsaradan əhd aldıq, unutduqları üçün bədbəxtliyə düçar oldular.)
5. Yəhudilər və məsihilər qiyamətədək qalasıdırlar.
6.Təfriqə və düşmənçilik ilahi əzablardandır.
7. Bütün işlər Allahın nəzarəti altındadır və hər bir işin mükafatı və cəzası olacaqdır.

Tez-tez Verilən Suallar

Əl-Maidə surəsi 14-cü ayə haqqında suallar və cavablar

Əl-Maidə surəsinin 14-cü ayəsi nə haqqındadır?
«Biz xaçpərəstlərik (Allaha köməyə qalxırıq)» deyənlərdən (dünyada pəhrizkar olmaları, sözlərinin bir olması və dində parçalanmamaları barəsində) əhd-peyman aldıq. Onlar sonra xəbərdar edildikləri şeylərdən (İncilin tovhid məsələləri və İslam Peyğəmbərinin əlamətləri və sifətləri kimi təlimlərindən) olan layiqli pay(la...
Əl-Maidə surəsi 14-cü ayə hansı surədə yerləşir?
Əl-Maidə surəsi Quran-ı Kərimin 5-ci surəsidir. Bu surə Məkkəvi surədir və 14-cü ayə Əl-Maidə surəsinin tərkib hissəsidir.
Əl-Maidə surəsi 14-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Maidə surəsinin 14-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Maidə surəsi 14-cü ayənin təfsiri nədir?
يَصْنَعُونَ "Biz məsihiyik” deyən kəslərdən əhd aldıq. Onlar (Bəni-İsrail kimi) nəzərlərinə çatdırılanların bir hissəsini unutdular. Düşmənçilik və kin-küdurəti qiyamət gününədək aralarında qərar verdik. Allah tezliklə onları gördüyü işlərdən agah edəcəkdir.” Nöqtələr "Nəsara” "nəsrani” sözünün cəm formasıdır. Həzrət İsa yardımçılarının şüarı da belə olduğundan onların «nəsara» adlandırılması nəzərə gəlir.  "Bəğza” qəlb düşmənçiliyi, "ədavət” isə onun zahirdə təzahürüdür. Xatırlatmaların bir his...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.