Əl-Maidə surəsi · 118-ci ayə

«Əgər onlara əzab versən, onlar Sənin bəndələrindir (və Sənin əzabın eynilə ədalətdir) və əgər onları bağışlasan (bu qüdrət və hikmət əsasındadır və) həqiqətən, Sən Özün yenilməz qüdrət və hikmət sahibisən».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 118
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
118. إِن تُعَذِّبْهُمْ فَإِنَّهُمْ عِبَادُكَ وَإِن تَغْفِرْ لَهُمْ فَإِنَّكَ أَنتَ الْعَزِيزُ الْحَكِيمُ
"(İsa dedi: "Pərvərdigara,) əgər onlara əzab versən, həqiqətən, onlar Sənin bəndələrindir. Əgər onları bağışlasan, şübhəsiz, Sən özün qüvvə və hikmət sahibisən.”
Nöqtələr
Həzrət İsa Allahın: "Sən demisənmi ki, məni və anamı məbud götürün?” sualının cavabında özünü xalqdan ayırmaqla və yalnız Allahın malik olduğunu bildirməklə ümmətinin şirkinə şərik olmadığını göstərdi.
Əbuzərdən nəql olunmuş rəvayətdə bildirilir ki, həzrət Peyğəmbər (s) bir gecə sübhədək rüku və səcdələrdə bu ayəni tilavət etdi. (Əbuzər deyir,) həzrətdən soruşdum ki, «sübhədək o ayənin oxunması səbəbi nədir?» Həzrət buyurdu: "Allahdan öz ümmətim üçün şəfaət istəyirdim. Nəhayət, Allah onu verdi. Ümmətim şirkə batmayacağı təqdirdə şəfaətə nail olacaq.” 
Digər bir rəvayətdə bildirilir: "Həzrət bu ayəni oxuduğu vaxt mübarək əllərini yuxarıya qaldırıb ağlar halda ümmətinə dua etdi. Allah-təala Cəbraili göndərib buyurdu: "Biz səni xoşhal edəcəyik və qoymayacağıq ki, narahat olasan.” 
Bildirişlər
1. Peyğəmbərlər Allaha təslimdirlər. Allahın işi haqqında soruşmaq olmaz. 
2. Müşriklərin əzaba düçar edilməsi və ya bağışlanması Allahın əlindədir.
3. Peyğəmbərlərin şəfaət məqamları var. Amma bəzən günah elə bir həddə çatır ki, peyğəmbərlər də bir iş görə bilmir.
4. Allahın qəhr-qəzəbi və ya mərhəməti onun izzət və hikmətinə əsaslanır.

Tez-tez Verilən Suallar

Əl-Maidə surəsi 118-ci ayə haqqında suallar və cavablar

Əl-Maidə surəsinin 118-ci ayəsi nə haqqındadır?
«Əgər onlara əzab versən, onlar Sənin bəndələrindir (və Sənin əzabın eynilə ədalətdir) və əgər onları bağışlasan (bu qüdrət və hikmət əsasındadır və) həqiqətən, Sən Özün yenilməz qüdrət və hikmət sahibisən».
Əl-Maidə surəsi 118-ci ayə hansı surədə yerləşir?
Əl-Maidə surəsi Quran-ı Kərimin 5-ci surəsidir. Bu surə Məkkəvi surədir və 118-ci ayə Əl-Maidə surəsinin tərkib hissəsidir.
Əl-Maidə surəsi 118-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Maidə surəsinin 118-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Maidə surəsi 118-ci ayənin təfsiri nədir?
118. إِن تُعَذِّبْهُمْ فَإِنَّهُمْ عِبَادُكَ وَإِن تَغْفِرْ لَهُمْ فَإِنَّكَ أَنتَ الْعَزِيزُ الْحَكِيمُ "(İsa dedi: "Pərvərdigara,) əgər onlara əzab versən, həqiqətən, onlar Sənin bəndələrindir. Əgər onları bağışlasan, şübhəsiz, Sən özün qüvvə və hikmət sahibisən.” Nöqtələr Həzrət İsa Allahın: "Sən demisənmi ki, məni və anamı məbud götürün?” sualının cavabında özünü xalqdan ayırmaqla və yalnız Allahın malik olduğunu bildirməklə ümmətinin şirkinə şərik olmadığını göstərdi. Əbuzərdən nəql olunmuş...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.