Əl-Maidə surəsi · 113-cü ayə

Dedilər: «İstəyirik ki, ondan yeyək və qəlblərimiz rahatlıq və sakitlik tapsın və (gözlə görüb yəqinlik əldə edərək) bilək ki, sən bizə doğru demisən və biz də buna şahidlərdən olaq».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 113
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Dedilər: (Bizim pis məqsədimiz yoxdur və bəhanə axtarmırıq,) ondan yemək istəyirik ki, qəlblərimiz əminlik tapsın. Bilək ki, bizə doğru demisən və həmin səma süfrəsinə şahidlərdən olaq.”
Nöqtələr
Surə səma süfrəsi ("Maidə”) istəyi səbəbindən "Maidə” adlandırılmışdır.
"Maidə” həm qida, həm də qidalar düzülmüş süfrə mənasını bildirir.
Həvarilərin "ya rəsuləllah” əvəzinə "ya İsa”, "Allah lütf edər” əvəzinə "edə bilərmi”, "Rəbbimiz” əvəzinə "Rəbbin” demələri ədəbsizlik sayıldığından onlar "Allahdan çəkinin” cavabını eşidirlər.
Bildirişlər
1. Ey peyğəmbər! Xalqdan çox şey gözləmə! İsanın həvarilərinə ilham olunurdusa, onlar iman gətirib təslim olduqlarını etiraf edirdilərsə də, yenə də könüllərindən möcüzə keçirdi.
2. Həzrət İsanın beşikdə danışması, ölüləri diriltməsi kimi möcüzələrini gördükləri halda Allahın qüdrətində tərəddüd etmələri həvarilərə yaraşmırdı.
3. Pis bir niyyətimiz olmasa da, müraciət edib danışarkən şəxslərin hörmətini qorumalıyıq.
4. Mömin Allahı sınağa çəkməməlidir.
5.Təqva iman nişanəsidir.
6. Qəlb yəqinliyi, əminliyi imandan uca mərtəbədir.
Həzrət İbrahim də Allaha əminlik axtardığını bildirir. 

 

 

Tez-tez Verilən Suallar

Əl-Maidə surəsi 113-cü ayə haqqında suallar və cavablar

Əl-Maidə surəsinin 113-cü ayəsi nə haqqındadır?
Dedilər: «İstəyirik ki, ondan yeyək və qəlblərimiz rahatlıq və sakitlik tapsın və (gözlə görüb yəqinlik əldə edərək) bilək ki, sən bizə doğru demisən və biz də buna şahidlərdən olaq».
Əl-Maidə surəsi 113-cü ayə hansı surədə yerləşir?
Əl-Maidə surəsi Quran-ı Kərimin 5-ci surəsidir. Bu surə Məkkəvi surədir və 113-cü ayə Əl-Maidə surəsinin tərkib hissəsidir.
Əl-Maidə surəsi 113-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Maidə surəsinin 113-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Maidə surəsi 113-cü ayənin təfsiri nədir?
"Dedilər: (Bizim pis məqsədimiz yoxdur və bəhanə axtarmırıq,) ondan yemək istəyirik ki, qəlblərimiz əminlik tapsın. Bilək ki, bizə doğru demisən və həmin səma süfrəsinə şahidlərdən olaq.” Nöqtələr Surə səma süfrəsi ("Maidə”) istəyi səbəbindən "Maidə” adlandırılmışdır. "Maidə” həm qida, həm də qidalar düzülmüş süfrə mənasını bildirir. Həvarilərin "ya rəsuləllah” əvəzinə "ya İsa”, "Allah lütf edər” əvəzinə "edə bilərmi”, "Rəbbimiz” əvəzinə "Rəbbin” demələri ədəbsizlik sayıldığından onlar "Allahdan...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.