Əl-Maidə surəsi · 102-ci ayə

Əlbəttə, sizdən qabaq bir dəstə bu şeyləri soruşdu, sonra isə ona kafir oldu.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 102
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Həqiqətən, qədimdəkilərdən olan bir qrup da (bu sayaq suallar) soruşurdu. (Əməl gücü olmadığından) ona münasibətdə inkarçı və kafir oldular.”
Nöqtələr İslam peyğəmbəri xalqla həcc haqqında danışırdı. Bir şəxs soruşdu: "Həcc hər il vacibdir, yoxsa ömür boyu bircə dəfə?” Həzrət Peyğəmbər (s) cavab vermədi. Həmin şəxs yenə həmin sualla müraciət etdi. Həzrət Peyğəmbər (s) buyurdu: "Bir bu qədər israr nə üçündür? Əgər desəm hər il, işiniz çətin olar. Bir mövzunu açıqlamamış siz də soruşmayın. Ötən ümmətlərin həlak olması səbəblərindən biri onların yersiz sualları idi.! Bilmədiyimizi bilənlərdən soruşmalı olsaq da bəzi sualların cavabı aydınlaşdıqda fərd və cəmiyyətin zərərinə olur. Məsələn, başqalarının eybləri, hərbi sirlər haqqında verilən suallar bu qəbildəndir. Nümunələr –Məsullar bəzi məsələləri cəmiyyətə açıqlamamalıdırlar. Məsələn, taxıl qıtlığı kimi iqtisadi məsələlər... –Düzgün məlumat yaxşıdır, amma hər yerdə faydalı olmur. –Xəbər və məlumatlar qruplaşdırılmalıdır. (Cabiri-Cöfi imam Baqirdən (ə) minlərlə hədis bilsə də bu hədisləri xalqa açmaq ixtiyarına malik deyildi. –Bəzi xəbərlər kütləvi informasiya vasitələrində yayılmamalıdır. Çünki xəbərlər arasında xalqın zərərinə səbəb olanları da var. (Bəzi hallarda susmaq daha faydalıdır.) –Müəllimlər və natiqlər danışarkən dinləyicilərin tutumunu nəzərə almalıdır. –Bəzi hallarda təqiyyə yolu ilə əqidəni gizlətmək və bəzi sualları cavabsız buraxmaq lazımdır. –İnsana xalqın sirrini və hərbi sirləri açmaq haqqı verilməyib. Bildirişlər 1. Hər şeyi bilmək nə zəruridir, nə də faydalı. İnsan yalnız faydalı biliklər ardınca getməlidir. (İnsandakı maraq orta həddə olmalıdır. Kin-küdurət yaradan, ortaya problemlər çıxaran, cəmiyyətin əmin-amanlığını pozan məlumatlar ardınca gedilməməlidir.) 2. Bəzi hökmlərin xalqa vacib edilməsi ilahi əfv və bağışlama nişanəsidir. 3. Allah öz bəndələrinə tövbə möhləti verir. 4. Xalqın tutumundan üstün həqiqətlərin bəyanı onları küfrə aparır.

Tez-tez Verilən Suallar

Əl-Maidə surəsi 102-ci ayə haqqında suallar və cavablar

Əl-Maidə surəsinin 102-ci ayəsi nə haqqındadır?
Əlbəttə, sizdən qabaq bir dəstə bu şeyləri soruşdu, sonra isə ona kafir oldu.
Əl-Maidə surəsi 102-ci ayə hansı surədə yerləşir?
Əl-Maidə surəsi Quran-ı Kərimin 5-ci surəsidir. Bu surə Məkkəvi surədir və 102-ci ayə Əl-Maidə surəsinin tərkib hissəsidir.
Əl-Maidə surəsi 102-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Maidə surəsinin 102-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Maidə surəsi 102-ci ayənin təfsiri nədir?
"Həqiqətən, qədimdəkilərdən olan bir qrup da (bu sayaq suallar) soruşurdu. (Əməl gücü olmadığından) ona münasibətdə inkarçı və kafir oldular.” Nöqtələr İslam peyğəmbəri xalqla həcc haqqında danışırdı. Bir şəxs soruşdu: "Həcc hər il vacibdir, yoxsa ömür boyu bircə dəfə?” Həzrət Peyğəmbər (s) cavab vermədi. Həmin şəxs yenə həmin sualla müraciət etdi. Həzrət Peyğəmbər (s) buyurdu: "Bir bu qədər israr nə üçündür? Əgər desəm hər il, işiniz çətin olar. Bir mövzunu açıqlamamış siz də soruşmayın. Ötən ü...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.