Loğman ‏ surəsi · 20-cu ayə

Məgər Allahın göylərdə və yerdə olanları (onlardan öz mənfəətləriniz üçün istifadə edəsiniz deyə) sizin üçün ram etdiyini və Öz aşkar və gizlin (bədənlərinizin istifadə etdiyi görmə, eşitmə və s. beyinlərinizin bəhrələndiyi əql, şüur, fəhm və s.) nemətlərini sizə bol və geniş şəkildə bəxş etdiyini görmürsünüzmü?! İnsanlardan bəzisi heç bir elmi (və əqli dəlili) və (vəhy və ilham əsasında) düz yol göstərəni aşkar və aydınlıq gətirən (səmavi) kitabı olmadan (ona əsaslanmadan) Allah barəsində mücadilə və mübahisə edir.

Tez-tez Verilən Suallar

Loğman ‏ surəsi 20-cu ayə haqqında suallar və cavablar

Loğman ‏ surəsinin 20-cu ayəsi nə haqqındadır?
Məgər Allahın göylərdə və yerdə olanları (onlardan öz mənfəətləriniz üçün istifadə edəsiniz deyə) sizin üçün ram etdiyini və Öz aşkar və gizlin (bədənlərinizin istifadə etdiyi görmə, eşitmə və s. beyinlərinizin bəhrələndiyi əql, şüur, fəhm və s.) nemətlərini sizə bol və geniş şəkildə bəxş etdiyini görmürsünüzmü?! İnsan...
Loğman ‏ surəsi 20-cu ayə hansı surədə yerləşir?
Loğman ‏ surəsi Quran-ı Kərimin 31-ci surəsidir. Bu surə Məkkəvi surədir və 20-cu ayə Loğman ‏ surəsinin tərkib hissəsidir.
Loğman ‏ surəsi 20-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Loğman ‏ surəsinin 20-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.