Əl-İsra surəsi · 96-cı ayə

(Dəvət və möcüzələrin onlara təsir edəcəyindən naümid olduqdan sonra) de: «Allahın (cəza günü mənim Onun Peyğəmbəri olmağıma və peyğəmbərlik tapşırıqlarını çatdırmağıma şəhadət vermək üçün) mənimlə sizin aranızda şahid olması kifayətdir. Çünki şübhəsiz O, həmişə bəndələrindən xəbərdar və (onları) görəndir.»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 96
MÖHSÜN QƏRAƏTİ 10.01.2026
"De ki, mənimlə sizin aranızda şahidlik üçün Allah bəs edər. Həqiqətən, O Öz bəndələrinə münasibətdə agah və görəndir.”
Bildirişlər
1. İnsan təkcə elm, ağıl və dəlillərlə hidayət olmur, ilahi tövfiq də lazımdır.
2. Azğınlara Allahdan başqa nicat verən yoxdur.
3. Qulağından haqqı eşitmək, gözündən haqqı görmək, dilindən haqqı demək üçün istifadə etməyən insan qiyamətdə kor, kar və lal vəziyyətdə səhnəyə gətirilir. Bu, bir növ insanın əməllərinin təcəssümüdür!
4. Cəhənnəm odu günahkarlar üçün daim alışmaqdadır.

Tez-tez Verilən Suallar

Əl-İsra surəsi 96-cı ayə haqqında suallar və cavablar

Əl-İsra surəsinin 96-cı ayəsi nə haqqındadır?
(Dəvət və möcüzələrin onlara təsir edəcəyindən naümid olduqdan sonra) de: «Allahın (cəza günü mənim Onun Peyğəmbəri olmağıma və peyğəmbərlik tapşırıqlarını çatdırmağıma şəhadət vermək üçün) mənimlə sizin aranızda şahid olması kifayətdir. Çünki şübhəsiz O, həmişə bəndələrindən xəbərdar və (onları) görəndir.»
Əl-İsra surəsi 96-cı ayə hansı surədə yerləşir?
Əl-İsra surəsi Quran-ı Kərimin 17-ci surəsidir. Bu surə Məkkəvi surədir və 96-cı ayə Əl-İsra surəsinin tərkib hissəsidir.
Əl-İsra surəsi 96-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-İsra surəsinin 96-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-İsra surəsi 96-cı ayənin təfsiri nədir?
"De ki, mənimlə sizin aranızda şahidlik üçün Allah bəs edər. Həqiqətən, O Öz bəndələrinə münasibətdə agah və görəndir.”Bildirişlər1. İnsan təkcə elm, ağıl və dəlillərlə hidayət olmur, ilahi tövfiq də lazımdır.2. Azğınlara Allahdan başqa nicat verən yoxdur.3. Qulağından haqqı eşitmək, gözündən haqqı görmək, dilindən haqqı demək üçün istifadə etməyən insan qiyamətdə kor, kar və lal vəziyyətdə səhnəyə gətirilir. Bu, bir növ insanın əməllərinin təcəssümüdür!4. Cəhənnəm odu günahkarlar üçün daim alış...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.