Əl-İsra surəsi · 94-cü ayə

İnsanlara hidayət (Peyğəmbərin və Qur’anın dəvəti) gələn zaman onların iman gətirmələrinə yalnız «Allah peyğəmbərliyə bəşər göndərib?» demələri mane oldu. (Belə ki, onların əqidələrinə görə, peyğəmbər mələklərdən olmalı idi.)

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 94
MÖHSÜN QƏRAƏTİ 10.01.2026
"O zaman ki, hidayət (doğru yola dəvət) xalqın sorağına gəldi, xalqı iman gətirməkdən saxlayan olmadı. Yalnız belə dedilər: "Məgər Allah peyğəmbər olaraq bir insan seçmişdirmi?”
Nöqtələr
Düzgün məntiqdən məhrum insanlar güclü nöqtəni zəif nöqtə sayırlar. Peyğəmbərin bəşər növündən olması onun üçün zəiflik yox, qüvvə sayılmalıdır. Çünki o, istəklərə, meyllərə və çətinliklərə malik olduğundan insanların dərdini dərk edir, əməli nümunə ola bilir. Peyğəmbər öz həmnövləri üçün faydalı nüsxə vermək imkanındadır.
Quran ayələrinə əsasən kafirlər iman gətirməmək üçün müəyyən bəhanələr gətirirdilər:
a) Nə üçün peyğəmbərlər də bizim kimi insandır?
Cavab: Ən gözəl təbliğ odur ki, əməli nümunə və ideal təqdim olunsun.
b) Əgər peyğəmbərin insan növündən olması müəyyənləşmişsə, nə üçün filankəs peyğəmbər olmasın?
Cavab: İnsanlar öz gümanları və maddi meyarlar əsasında münasibət göstərirlər. Vəhyi qəbul etmək üçün isə əsas şərt ləyaqətdir.
v) Nə üçün özümüz peyğəmbər olmayaq?
Cavab: Peyğəmbərlik olduqca uca məqamdır. Bu məqam hətta mələklərin məqamından ucadır. Müsbət keçmişi olmayan insan peyğəmbərliyə layiq deyil.
q) Nə üçün mələklər bizim özümüzə nazil olmur?
Cavab mələklər yalnız günahsız insanlara nazil olur. Adi insanlar yalana yol verdiyindən gündəlik yalanları da vəhy adı ilə təqdim edə bilərlər.
Bildirişlər
1. Kafirlər bəhanəçi və məntiqsizdirlər. Onların bəhanəsi bu idi ki, nə üçün peyğəmbər onlar kimi insandır?
2. Peyğəmbərlər xalqın hidayət və tərbiyəsi üçün gəlirdilər.
3. Şəxsiyyət və kəramət cahil insan üçün qaranlıq olduğundan, o elə düşünürdü ki, insan peyğəmbərliyə layiq məxluq deyil.

Tez-tez Verilən Suallar

Əl-İsra surəsi 94-cü ayə haqqında suallar və cavablar

Əl-İsra surəsinin 94-cü ayəsi nə haqqındadır?
İnsanlara hidayət (Peyğəmbərin və Qur’anın dəvəti) gələn zaman onların iman gətirmələrinə yalnız «Allah peyğəmbərliyə bəşər göndərib?» demələri mane oldu. (Belə ki, onların əqidələrinə görə, peyğəmbər mələklərdən olmalı idi.)
Əl-İsra surəsi 94-cü ayə hansı surədə yerləşir?
Əl-İsra surəsi Quran-ı Kərimin 17-ci surəsidir. Bu surə Məkkəvi surədir və 94-cü ayə Əl-İsra surəsinin tərkib hissəsidir.
Əl-İsra surəsi 94-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-İsra surəsinin 94-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-İsra surəsi 94-cü ayənin təfsiri nədir?
"O zaman ki, hidayət (doğru yola dəvət) xalqın sorağına gəldi, xalqı iman gətirməkdən saxlayan olmadı. Yalnız belə dedilər: "Məgər Allah peyğəmbər olaraq bir insan seçmişdirmi?”NöqtələrDüzgün məntiqdən məhrum insanlar güclü nöqtəni zəif nöqtə sayırlar. Peyğəmbərin bəşər növündən olması onun üçün zəiflik yox, qüvvə sayılmalıdır. Çünki o, istəklərə, meyllərə və çətinliklərə malik olduğundan insanların dərdini dərk edir, əməli nümunə ola bilir. Peyğəmbər öz həmnövləri üçün faydalı nüsxə vermək imka...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.