Əl-İsra surəsi · 85-ci ayə

Səndən (hər bir canlının həyat mənbəyi olan) ruh(un həqiqəti və sifətləri) barəsində soruşurlar, de: «Ruh mənim Rəbbimin əmrindən (meydana gəlmiş)dir (və onun hər hansı bir canlıda qalması və yox olması da Onun əmri ilədir) və sizə elmdən (xüsusilə ruhun həqiqəti barəsində olan elmdən) yalnız az (bir miqdar) verilmişdir».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 85
MÖHSÜN QƏRAƏTİ 10.01.2026
"Səndən ruh haqqında soruşurlar. De ki, ruh Rəbbimin işlərindəndir (Ona aiddir). Sizə yalnız az bir bilik verilmişdir.”
Nöqtələr
Quranda "ruh” sözü 21 dəfə aşağıdakı mənalarda işlədilmişdir: insan cisminə üfürülmüş ruh(Bax: "Şuəra”, 52 ), vəhy(Bax: "Bəqərə”, 87 ), Quran(Bax: "Qədr”, 4 ), Ruhul-qüdüs("Təfsiri-Nurus-Səqəleyn” ), böyük mələk(Bax: "Ənfal”, 31 ).
Hər halda bəşər ruhu qapalı, tanınmamış bir həqiqət, ilahi nəfəsdir. Onun səmavi yönümü var və yalnız Allah tərəfindən tanınır.
İmam Baqir (ə) "qəlil” ("az”) sözünün az elmə yox, az fərdlərə işarə olduğunu bildirmişdir.(Kəhf”, 53; "Furqan”, 12, 13. ) Yəni kamil elm yalnız az bir qismə verilər, yalnız onlar ruhdan xəbərdar olar.
Bildirişlər
1. Peyğəmbərlər xalqın suallarla müraciət ünvanı olmuşlar.
2. Ruh insan düşüncəsinin fövqündə olan bir həqiqətdir və ilahi sirlərdəndir.
3. Bütün bəşəri biliklər ilahi hədiyyədir.
4. İnsanın elmi məhdud və çox azdır.

Tez-tez Verilən Suallar

Əl-İsra surəsi 85-ci ayə haqqında suallar və cavablar

Əl-İsra surəsinin 85-ci ayəsi nə haqqındadır?
Səndən (hər bir canlının həyat mənbəyi olan) ruh(un həqiqəti və sifətləri) barəsində soruşurlar, de: «Ruh mənim Rəbbimin əmrindən (meydana gəlmiş)dir (və onun hər hansı bir canlıda qalması və yox olması da Onun əmri ilədir) və sizə elmdən (xüsusilə ruhun həqiqəti barəsində olan elmdən) yalnız az (bir miqdar) verilmişdi...
Əl-İsra surəsi 85-ci ayə hansı surədə yerləşir?
Əl-İsra surəsi Quran-ı Kərimin 17-ci surəsidir. Bu surə Məkkəvi surədir və 85-ci ayə Əl-İsra surəsinin tərkib hissəsidir.
Əl-İsra surəsi 85-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-İsra surəsinin 85-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-İsra surəsi 85-ci ayənin təfsiri nədir?
"Səndən ruh haqqında soruşurlar. De ki, ruh Rəbbimin işlərindəndir (Ona aiddir). Sizə yalnız az bir bilik verilmişdir.”NöqtələrQuranda "ruh” sözü 21 dəfə aşağıdakı mənalarda işlədilmişdir: insan cisminə üfürülmüş ruh(Bax: "Şuəra”, 52 ), vəhy(Bax: "Bəqərə”, 87 ), Quran(Bax: "Qədr”, 4 ), Ruhul-qüdüs("Təfsiri-Nurus-Səqəleyn” ), böyük mələk(Bax: "Ənfal”, 31 ).Hər halda bəşər ruhu qapalı, tanınmamış bir həqiqət, ilahi nəfəsdir. Onun səmavi yönümü var və yalnız Allah tərəfindən tanınır.İmam Baqir (ə) ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.