Əl-İsra surəsi · 80-cu ayə

Və de: «Ey Rəbbim, məni (hər bir işin icrasına) haqq və doğruluqla daxil et və haqq və doğruluqla çıxart və Öz tərəfindən mənə Sənin tərəfindən kömək edilmiş və (işlərimdə mənə) kömək edən bir hökmranlıq ver!»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 80
MÖHSÜN QƏRAƏTİ 10.01.2026
"De ki, ey Rəbbim! Məni yaxşılıq və sədaqətlə (əməllərə) daxil et və xoş bir çıxışla xaric buyur. Mənim üçün Öz tərəfindən güclü hökm və dəlil ver.”
Nöqtələr
Bir iş və ya bir şəxs üçün başlanğıcda ən yaxşı vəsf sədaqətdir. Bir çox işlər riyakarlıq, tamah, yalan, üstünlük tələbi kimi pis səbəblərdən başlaya bilər. Ya da sədaqətlə başlamış bir iş qurur, təkəbbür, minnət kimi pis təzahürlərlə sonuclana bilər. Bu yolla bütün bərəkətlər məhv olar. Bir çox fəaliyyətlərin daşa dəyməsinin səbəbi onlarda sədaqətin olmaması, ilahi qeyblərdən məhrumluqdur.
İmam Sadiq (ə) buyurur: "Bir işə başlayarkən qorxsan, bu ayəni oxu və addım at.”(Bax: "Rəd”, 17 )
İnsan elə bir məqama çatır ki, "siddiqin” zümrəsinə qatılır. O dediyinə əməl edir, əməl etdiyini deyir.("Ənbiya”, 18 ) Onun qəlbi, dili və əməli bir-birindən fərqlənmir.
Sultanən-nəsira” təbirinə layiqli canişini, vəfalı dostu, canıyanan vəzir və ya işçini nümunə göstərmək olar.
Bildirişlər
1. İstəklərimizi Allah qarşısında dilə gətirək.
2. Namazla yanaşı, namazdan sonrakı duanın daha çox təsiri var.
3. Necə dua oxumağı, duada nə deməyi də Allahdan öyrənmək lazımdır.
4. Müdiriyyət üsullarından biri gələcəyi nəzərə almaq, uzağı görməkdir.
5. Yaxşı son yaxşı başlanğıcdan daha mühümdür. Şirin başlanğıca aldanmayaq, pis aqibət təhlükəsindən Allaha pənah aparaq.
6. Dua və Allahın yardımları olmadan başlanğıc və sonu sədaqətlə müşayiət olunan, büdrəməsiz bir ümumdünyəvi inqilaba rəhbərlik mümkünsüzdür.
7. Bütün işlər Allahın əlindədir, Ondan yardım diləmək lazımdır.
8. Müqəddəs amallar üçün qüdrət əldə etmək dəyərdir.
9. Mömin yardım və qələbəni yalnız Allahdan istəyir.

Tez-tez Verilən Suallar

Əl-İsra surəsi 80-cu ayə haqqında suallar və cavablar

Əl-İsra surəsinin 80-cu ayəsi nə haqqındadır?
Və de: «Ey Rəbbim, məni (hər bir işin icrasına) haqq və doğruluqla daxil et və haqq və doğruluqla çıxart və Öz tərəfindən mənə Sənin tərəfindən kömək edilmiş və (işlərimdə mənə) kömək edən bir hökmranlıq ver!»
Əl-İsra surəsi 80-cu ayə hansı surədə yerləşir?
Əl-İsra surəsi Quran-ı Kərimin 17-ci surəsidir. Bu surə Məkkəvi surədir və 80-cu ayə Əl-İsra surəsinin tərkib hissəsidir.
Əl-İsra surəsi 80-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-İsra surəsinin 80-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-İsra surəsi 80-cu ayənin təfsiri nədir?
"De ki, ey Rəbbim! Məni yaxşılıq və sədaqətlə (əməllərə) daxil et və xoş bir çıxışla xaric buyur. Mənim üçün Öz tərəfindən güclü hökm və dəlil ver.”NöqtələrBir iş və ya bir şəxs üçün başlanğıcda ən yaxşı vəsf sədaqətdir. Bir çox işlər riyakarlıq, tamah, yalan, üstünlük tələbi kimi pis səbəblərdən başlaya bilər. Ya da sədaqətlə başlamış bir iş qurur, təkəbbür, minnət kimi pis təzahürlərlə sonuclana bilər. Bu yolla bütün bərəkətlər məhv olar. Bir çox fəaliyyətlərin daşa dəyməsinin səbəbi onlarda s...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.