Əl-İsra surəsi · 8-ci ayə

(İkinci məğlubiyyətdən sonra əgər tövbə edib haqqa üz tutsanız) ümid var ki, Rəbbiniz sizə rəhm etsin (və dövlət və müstəqilliyinizi yenidən qaytarsın) və əgər (fəsada) qayıtsanız, Biz də (cəza verməyə) qayıdarıq. Biz Cəhənnəmi kafirlər üçün dar bir zindan etmişik.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 8
MÖHSÜN QƏRAƏTİ 10.01.2026
"Ümid var ki, Rəbbiniz sizə rəhm etsin. Əgər geri dönsəniz (ikinci dəfə fitnə törətsəniz), Biz də geri dönərik (qəhr-qəzəbimizi göndərərik). Biz cəhənnəmi kafirlər üçün zindan qərar vermişik.”
Nöqtələr
"Həsr” sözündən olan "həsir” sözü çıxılmaz vəziyyət, mühasirəyə düşmək mənalarını bildirir. Bəzi döşənəcəklər toxunmaqla hazırlandığından "həsir” adlanır.
Bildirişlər
1. Allahın rəhmətindən ümid üzmək rəva deyil. Allah fəsad əhli üçün də geriyə yol qoymuşdur.
2. Tərbiyəçinin işi rəhmət və məhəbbətə əsaslanmalıdır.
3. Doğru yola yönəldərkən öncə rəhm və mehribanlıqdan danışaq, sonra xəbərdarlıq və hədədən istifadə edək.
4. İlahi qəhr-qəzəb bizim öz əməllərimizdən asılıdır.
5. Fəsaddan sonra tövbə edilməzsə, iş küfrlə nəticələnər.
6. Cəhənnəm əhli üçün heç bir qurtuluş yolu yoxdur.

Tez-tez Verilən Suallar

Əl-İsra surəsi 8-ci ayə haqqında suallar və cavablar

Əl-İsra surəsinin 8-ci ayəsi nə haqqındadır?
(İkinci məğlubiyyətdən sonra əgər tövbə edib haqqa üz tutsanız) ümid var ki, Rəbbiniz sizə rəhm etsin (və dövlət və müstəqilliyinizi yenidən qaytarsın) və əgər (fəsada) qayıtsanız, Biz də (cəza verməyə) qayıdarıq. Biz Cəhənnəmi kafirlər üçün dar bir zindan etmişik.
Əl-İsra surəsi 8-ci ayə hansı surədə yerləşir?
Əl-İsra surəsi Quran-ı Kərimin 17-ci surəsidir. Bu surə Məkkəvi surədir və 8-ci ayə Əl-İsra surəsinin tərkib hissəsidir.
Əl-İsra surəsi 8-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-İsra surəsinin 8-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-İsra surəsi 8-ci ayənin təfsiri nədir?
"Ümid var ki, Rəbbiniz sizə rəhm etsin. Əgər geri dönsəniz (ikinci dəfə fitnə törətsəniz), Biz də geri dönərik (qəhr-qəzəbimizi göndərərik). Biz cəhənnəmi kafirlər üçün zindan qərar vermişik.”Nöqtələr"Həsr” sözündən olan "həsir” sözü çıxılmaz vəziyyət, mühasirəyə düşmək mənalarını bildirir. Bəzi döşənəcəklər toxunmaqla hazırlandığından "həsir” adlanır.Bildirişlər1. Allahın rəhmətindən ümid üzmək rəva deyil. Allah fəsad əhli üçün də geriyə yol qoymuşdur.2. Tərbiyəçinin işi rəhmət və məhəbbətə əsa...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.