Əl-İsra surəsi · 76-cı ayə

Və həqiqətən az qalmışdı ki, səni (bu ayənin nazil olmasından qabaq) Məkkə torpağından çıxartmaq üçün təhrik etsinlər. Əgər elə olsaydı, səndən sonra onlar da (orada) yalnız az bir müddət qalardılar (necə ki, o həzrəti çıxartdıqdan bir il sonra Bədr müharibəsində öldürüldülər və Məkkə torpağına qayıtmadılar).

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 76
MÖHSÜN QƏRAƏTİ 10.01.2026
"Kafirlər səni az qala büdrədib oradan çıxarmışdılar. Həmin vaxt səndən sonra qısa bir müddət qala bilərdilər (həmin zülmə görə Allahın qəzəbinə düçar olardılar).”
Nöqtələr
Bu ayədə "Ənfal” surəsinin 30-cu ayəsinə işarə olunur. Ayədə buyurulur: "Xatırla, o zaman ki, kafirlər səni həbs etmək, öldürmək və ya xaric etmək üçün plan cızırdılar. Onlar hiylə qurdular, Allah da tədbir tökdü. Allah ən yaxşı tədbir tökəndir.”
Bildirişlər
1. Peyğəmbər (s) daim təhlükə, fitnə, terror, sürgün təhlükəsi qarşısında idi.
2. Əqidə düşmənlərinin məqsədi dinin bünövrəsini sarsıtmaqdır. Onlar bu yolda hətta peyğəmbərə rəhm etmirlər.
3. Kafirlər ilk mərhələdə rəhbərin düşüncə və etiqadında dəyişiklik etməyə çalışırlar. Növbəti mərhələdə rəhbər sürgün olunur, ölkədən çıxarılır.
4. Peyğəmbərin xalq arasında olması ilahi qəhr-qəzəbi təxirə salır. Peyğəmbər cəmiyyətdən kənarlaşdırılıb sürgün edildikdə qısa bir müddət ərzində qəhr-qəzəb nazil olur.
5. Qurani-kərim həm qeybdən xəbər verir, həm düşmən qurğularının puça çıxacağını bəyan etməklə Peyğəmbərə (s) təsəlli verir.

Tez-tez Verilən Suallar

Əl-İsra surəsi 76-cı ayə haqqında suallar və cavablar

Əl-İsra surəsinin 76-cı ayəsi nə haqqındadır?
Və həqiqətən az qalmışdı ki, səni (bu ayənin nazil olmasından qabaq) Məkkə torpağından çıxartmaq üçün təhrik etsinlər. Əgər elə olsaydı, səndən sonra onlar da (orada) yalnız az bir müddət qalardılar (necə ki, o həzrəti çıxartdıqdan bir il sonra Bədr müharibəsində öldürüldülər və Məkkə torpağına qayıtmadılar).
Əl-İsra surəsi 76-cı ayə hansı surədə yerləşir?
Əl-İsra surəsi Quran-ı Kərimin 17-ci surəsidir. Bu surə Məkkəvi surədir və 76-cı ayə Əl-İsra surəsinin tərkib hissəsidir.
Əl-İsra surəsi 76-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-İsra surəsinin 76-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-İsra surəsi 76-cı ayənin təfsiri nədir?
"Kafirlər səni az qala büdrədib oradan çıxarmışdılar. Həmin vaxt səndən sonra qısa bir müddət qala bilərdilər (həmin zülmə görə Allahın qəzəbinə düçar olardılar).”NöqtələrBu ayədə "Ənfal” surəsinin 30-cu ayəsinə işarə olunur. Ayədə buyurulur: "Xatırla, o zaman ki, kafirlər səni həbs etmək, öldürmək və ya xaric etmək üçün plan cızırdılar. Onlar hiylə qurdular, Allah da tədbir tökdü. Allah ən yaxşı tədbir tökəndir.”Bildirişlər1. Peyğəmbər (s) daim təhlükə, fitnə, terror, sürgün təhlükəsi qarşısınd...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.