Əl-İsra surəsi · 74-cü ayə

Və əgər səni (məsumluq məqamı və mələklərin mühafizəsi ilə) möhkəm və sabitqədəm etməsəydik, həqiqətən az qalmışdı ki, onlara tərəf azacıq meyl edəsən.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 74
MÖHSÜN QƏRAƏTİ 10.01.2026
"Əgər Biz səni sabitqədəm etməsəydik, hər vaxt onlara meyl etməyə yaxın idin.”
Nöqtələr
Bu ayənin Peyğəmbərin (s) məsumluğu ilə heç bir ziddiyyəti yoxdur. "Meyl etməyə yaxın idin” cümləsi günah etmək mənasını bildirmir. "Əgər sabitqədəm etməsəydik” cümləsi şərtidir. Yəni himayə etməsəydik, ola bilsin ki, meyl edərdin. Amma Peyğəmbər (s) daim himayə olunduğundan onun düşmənə meyli mümkünsüz idi. Digər hallarda da "əgər” sözü bir işin qəti yerinə yetməsini göstərmir. Məsələn, ayələrdən birində buyurulur: "Əgər Bizə yalan söz aid etsən, şah damarını qət edərik.”("Təfsiri-Nurus-Səqəleyn” ) Başqa bir ayədə oxuyuruq: "Əgər şirk etsən, əməllərin puça çıxar.”("Təfsiri-Məcməul-Bəyan” )
Şərt şəklində bəyan olunmuş bu cümlələr işin baş verməsini göstərmir.
İmam Riza (ə) buyurur: "Bu ayə «qızım sənə deyirəm, gəlinim sən eşit» prinsipinə əsaslanıb.”(İbrahim”, 13 ) Əslində ayədə şəxsən Peyğəmbərə (s) yox, müsəlmanlara xitab olunur.
Bildirişlər
1. Əgər Allahın lütf və himayəsi olmasa, peyğəmbərlərin məsumluğuna zəmanət yoxdur.
2. Düşmənlər və kafirlər qarşısında qətiyyət və dəyişməzlik peyğəmbərlərin imtiyazlarındandır.
3. Allah peyğəmbərləri məsum saxlayır.
4. Etiqadi məsələlərdə təslimçilik zalımlara meyldir. Din rəhbərləri üçün belə bir təhlükə var.
5. Peyğəmbər üçün kiçik büdrəmə də təhlükəlidir.
6. Dini prinsiplərdən azca geri çəkilmək qadağandır. Çünki belə bir hərəkət düşmənlər üçün müvəffəqiyyət və qələbə sayılır.

Tez-tez Verilən Suallar

Əl-İsra surəsi 74-cü ayə haqqında suallar və cavablar

Əl-İsra surəsinin 74-cü ayəsi nə haqqındadır?
Və əgər səni (məsumluq məqamı və mələklərin mühafizəsi ilə) möhkəm və sabitqədəm etməsəydik, həqiqətən az qalmışdı ki, onlara tərəf azacıq meyl edəsən.
Əl-İsra surəsi 74-cü ayə hansı surədə yerləşir?
Əl-İsra surəsi Quran-ı Kərimin 17-ci surəsidir. Bu surə Məkkəvi surədir və 74-cü ayə Əl-İsra surəsinin tərkib hissəsidir.
Əl-İsra surəsi 74-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-İsra surəsinin 74-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-İsra surəsi 74-cü ayənin təfsiri nədir?
"Əgər Biz səni sabitqədəm etməsəydik, hər vaxt onlara meyl etməyə yaxın idin.”NöqtələrBu ayənin Peyğəmbərin (s) məsumluğu ilə heç bir ziddiyyəti yoxdur. "Meyl etməyə yaxın idin” cümləsi günah etmək mənasını bildirmir. "Əgər sabitqədəm etməsəydik” cümləsi şərtidir. Yəni himayə etməsəydik, ola bilsin ki, meyl edərdin. Amma Peyğəmbər (s) daim himayə olunduğundan onun düşmənə meyli mümkünsüz idi. Digər hallarda da "əgər” sözü bir işin qəti yerinə yetməsini göstərmir. Məsələn, ayələrdən birində buyur...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.